Fərhad Rəcəbli 11 qat Avropa çempionu
Latviyanın paytaxtı Riqada veteran cüdoçular arasında keçirilən və Azərbaycandan olan ustadların da iştirak etdiyi Avropa çempionatı başa çatıb. 23-25 may günlərində təşkil edilən çempionatda Azərbaycanla yanaşı, 37 ölkəni təmsil edən 855 "qoca" medallar uğrunda mübarizə aparıb. Turnirə 32 ustadla qatılan Azərbaycan yığması çıxışını 5-i qızıl, 2-ci bürünc əyarlı olmaqla 7 medalla başa vurub. Bu göstərici ilə yığmamız ümumi komanda hesabında 5-ci yeri tutub.
Çempionatın ən maraqlı məqamlarından biri "köç qocaman" ustadımız, 12 qat dünya çempionu adını daşıyan və M-8 versiyasında çıxış edən Fərhad Rəcəblinin (90 kq) 11-ci dəfə Avropa çempionu adını qazanması olub. O, həlledici finalda ukraynalı Oleksandr Rancayevi məğlub edib.
Qazanılan digər medallara gəlincə, yığmanın heyətində yeganə qadın cüdoçu olan Zülfiyyə Hüseynova (F-6, 70 kq), Babək Hacıyev (M-4, 60 kq), Vaqif Kərimov (M-4, 73 kq) və Emil Hüseynov (M-4, 100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Yığmamızın aktivinə yazılan iki bürünc isə müxtəlif çəkilərdə çıxış edən eyni adlı və soyadlı cüdoçuların - Samir İsmayılov (M-1, 73 kq) və Samir İsmayılov (M-3, 81 kq) payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.