Elşad Barat:
Hanı o sözündə ədalət adam?
Bizi oynatdılar zurna-qavalla,
Özləri susdular tar havasına.
Yoxsul küçələrin itləri kimi,
Daha çox üşüdük qar havasına.
Hanı o sözündə ədalət adam?
Deyin, haqq kitabı toz bağlayacaq.
Hamının isti bir yuvası yoxdur.
Hamının başdaşı buz bağlayacaq.
Ölü balıqların sahili haqqı,
Kimsə bilərəkdən daş atıb gölə.
Çəkməsiz uşaqlar qar arzulamaz,
Pəncərə dibindən boylanar çölə.
Dağlar kəfən geyib üstümə gəlir.
Küləklər ayrılıq zəngi kimiymiş.
Milyonçu vətənin dilənçi qızı,
Taleyin neftinin rəngi kimiymiş.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.