Millimiz ev sahibliyi etdiyi DÇ-2025-ə sülhlə başlayıb
Mayın 21-də paytaxt Bakıda mini-futbol üzrə dünya çempionatına (DC-2025) planetin 32 yiqma komandasının iştirakı ilə start verilib. Mundiala ev sahibliyi edən Azərbaycan komandası yer A qrupunda ilk matçını Bəhreyn millisinə qarşı keçirib. Milli Gimnastika Arenasında baş tutan oyunda qalib aşkar edilmədiyindən tərəflər meydanı sülh şəraitində tərk ediblər - 1:1.
Qeyd edək ki, matçın 16-ci dəqiqəsində millimizin üzvü Mirmehti Rzayev hesabı açsa da (1:0) rəqib məğlubiyyətdən yaxasını qurtara bilib.
Millimiz qrupda növbəti oyunlarını mayın 23-də Slovakiyaya (saat 20:45), 25 may günü isə Mavritaniyaya (saat 19:30) qarşı keçirəcək.
Yeri gəlmişkən, bu gün mundialda keçirilən 7 oyunda ən böyük hesablı qələbə Sloveniya - Hindistan matçında qeydə alınıb - 15-0.
Mundiala iyunun 1-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.