Kişi voleybol yığmamız Gümüş Avropa Liqasına hazırlaşır
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mayın 6-dan etibarən baş məşqçi Fərid Cəlilovun rəhbərliyi altında Bakı Voleybol Mərkəzində Gümüş Avropa Liqasına hazırlıq məqsədi ilə təlim-məşq toplanışına (TMT) start verib. Toplanışa millinin əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb edilib.
Yeri gəlmişkən, sözügedən turnir üç mərhələdən ibarətdir. Birinci mərhələ 6-8 iyun günlərində İsveçdə keçiriləcək. Yığmamız bu mərhələdə İsveç və Gürcüstan komandası ilə qarşılaşacaq.
İkinci mərhələ 13-15 iyun aralığında Bakıda - doqma divalar arasında təşkil olunacaq. Rəqiblərsə Lüksemburq və Macarıstan olacaq.
Turnirə 20-22 iyunda Farer Adalarında keçiriləcək üçüncü mərhələ ilə yekun vurulacaq. Son mərhələdə isə yığmamız ev sahibi və Avstriya yığması ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.