Qadın voleybol millimiz Qızıl Avroliqada hazırlaşır
Qadın voleybol millimiz təcrübəli məşqçi Faiq Qarayevin rəhbərliyi altında qarşıdakı Qızıl Avroliqaya hazırlıq prosesini - TMT (təlim-məşq toplanışı) davam etdirir. Qeyd edək ki, TMT əvvəlcə Bakıda, ardından Mariborda (Sloveniya, 9-17 may) bir neçə yoxlama oyunları ilə davam etdirən millimiz hazırda Yunanıstandadır. Faiq Qarayevin yetirmələri bu arada yerli komanda ilə yoxlama görüşü keçirib. Əvvəllcədən razilasdirildiqi kimi, oyun 4 setdən ibarət olub. Qarşılaşma yerli komandanın qələbəsi ilə başa çatıb - 0:4. Yığmamızın Qədim Ellada torpağındakı TMT-i mayın 24-də başa çatacaq.
Bundan sonra millimiz Bakıya dönəcək və TMT-ni paytaxtda davam edəcək.
Mayın 30-da isə millimiz Bakıda Qızıl Avroliqa çərçivəsində Macarıstana qarşı ilk matçını keçirəcək. İyunun 1-də isə Sloveniya millisi ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.