Kişi və qadın basketbol yığmalarımız DK-nin mərhələ yarışına qatılacaqlar
24-25 may günlərində paytaxt Bakıda ilk dəfə olaraq 3x3 basketbolu üzrə kişi və qadınlar arasında Dünya Kubokunun (DK-2025) seçmə qrup oyunları keçiriləcək. Azərbaycan ev sahibi olacaq, həm kişilərin, həm də qadınların yarışında iştirak edəcək.
Qeyd edək ki, kişi millimiz B qrupunda Kanda (24 may saat 19:05) və Böyük Britaniyaya (24 may saat 20:56) qarşı oynayacaq. Qadın komandamız isə B qrupunda Misir (24 may, saat 18:15) və Latviya (24 may saat 20:05) millisi ilə qarşılaşacaq.
Yeri gəlmişkən, kişilərin yarışının A qrupunda İran, Ruanda və Montoneqro, qadınların yarışının A qrupunda isə Çili, Çin Taypeyi və Braziliya mübarizə aparacaq.
Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Yarımfinalda qalib gələn iki komanda və eləcə də finala çıxışda büdrəyən cütlüyün arasında keçirilən oyunun qalibi (3 komanda) DK-2025-in final mərhələsinə vəsiqə qazanacaq. Xatırladaq ki, DK-2025-in final mərhələsinin oyunları 23-29 iyun aralığında Monqolustanın paytaxtı Ulan - Batorda keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.