Ermənilər hindlilərə milyard yarım ödəyiblər
Rusiya Beynəlxalq Məsələlər Şurasının dərc etdiyi analitik hesabata görə, Ermənistan Hindistanla 1,5 milyard dollarlıq, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb.
Hindistan mediası da vaxtaşırı hərbi-texniki sövdələşmələr barədə məlumat verir, lakin müqavilələrin ümumi məbləği hələ dərc edilməyib. Eyni zamanda, rəsmi Yerevan heç vaxt Hindistanla sövdələşmələr barədə məlumatı təsdiqləməyib.
Söhbət 2022-2023-cü illərdə Yeni Dehli və 2023-2024-cü illərdə Parislə imzalanmış müqavilələrdən gedir.
Qeyd olunur ki, Ermənistan-Hindistan müqavilələri müxtəlif silahların tədarükünü nəzərdə tutur: 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri (MLRS), tank əleyhinə “Konkurs” raket kompleksləri, minaatanlar və müxtəlif döyüş sursatları.
İrəvan həmçinin 155 mm-lik ATAGS artilleriya qurğuları, özüyeriyən və yedəyə alınan haubitsalar, ZADS pilotsuz uçuş əleyhinə sistemlər və Akash 1S hava hücumundan müdafiə sistemləri alıb və ya alması planlaşdırılır. MR-SAM raketləri və Akash-NG22 orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması da gözlənilir.
Fransaya gəlincə, 2023-cü ildə imzalanmış müqavilələrə əsasən, Paris artıq 24 ədəd Bastion yüngül zirehli texnikası və Safran istehsalı olan gecəgörmə cihazlarının partiyasını tədarük edib.
2024-cü ildə Paris və İrəvan arasında yeni müqavilələr imzalanıb və bu müqavilələr çərçivəsində Ermənistan Fransanın PGM şirkətindən müxtəlif modifikasiyalı hücum tüfəngləri və “Sezar” özüyeriyən artilleriya qurğuları almağa hazırlaşır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.