Bəybala Mirzəyev:
Tarixin düzgün təbliğ edilməməsinin nəticəsi...
Bu da tarixin düzgün tədris və təbliğ edilməməsinin nəticəsi...
Adamı 9 May tədbirində keçmiş SSRİ-nin qırmızı bayrağı altında və sinəsində rus-sovet işğalçılığının rəmzi olan "Georgi lenti" ilə çıxış etdiyinə görə Ağsaqqallar Şurasından çıxartmaqda düzmü iş görüblər?
Əlbəttə, düz ediblər.
Söhbət İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə keçmiş SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsindən gedir.
Bu hadisəyə sıradan bir hadisə kimi baxmaq və üstündən ötüb keçmək olmaz. Ona görə də bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclasında Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edilməsi baş vermiş olaya adekvat reaksiyadır.
Dərd burasındadır ki, bu gün nəinki ağsaqqal dediklərimizin, həmçinin gənclərimizin də bir çoxu "Georgi lenti"nin tarixçəsini düz-əməlli bilmir. Eləcə də bir çox insanlarımız 9 mayın - faşizm üzərində Qələbə gününün keçmiş sovet bayramı kimi yox, məhz İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların xatirə günü kimi qeyd edilməli olduğu barədə aydın təsəvvürə malik deyil. Çünki müğənnilərin "işğal" etdiyi televiziyalarda bu cür önəmli mövzular, məsələlər qətiyyən müzakirə olunmur, insanlarımızda düzgün tarix şüuru formalaşdırılmır.
Ona görə də birilərinin qırmızı sovet bayrağının nostaljisi ilə yaşamasına və yaxalarına lənətə gəlmiş "Georgi lenti"ni böyük şövqlə taxmasına əsla təəccüblənməməliyik.
Yadınızda varsa, 2022-ci ildə də orta məktəblərimizdən birində 9 may Qələbə günü keçmiş SSRİ bayrağının fonunda və "Georgi lenti"ndən istifadə edilməklə qeyd olunmuşdu.
P.S.
19-20-ci əsr həqiqətlərinin düzgün təbliğinə başlamasaq, bu cür əcaib hallar bundan sonra da təkrarlana bilər.
* * *
Nura Ahmedova
Əgər bir millətin ağsaqqalı işğalçı sevdalısıdırsa ,cavanından nə gözləmək olar? O lent ve onun mənası bir qırağa qalsın,lap mənasını da bilməsinlər, ancaq SSSR in bir işğalçı olduğunu bilməmək bizim bütün şəhidlərimizə təhqirdir. Bizim qanımız bahasına dalğalanan bayrağımızın yanında işğalçı bayrağı asmaq manqurtluğun hansı səviyyəsidir axı?həmin bayraq ilə Bakıya girmədilər mi?gecə ilə dinc əhalini qırmadılar mi?bəs Xocalı?
Hələ deyəsən jurnalistlərə deyib ki, nə var ki, burda , bu "союз" olub. Amma heç ö sözün mənasını da bilmir.Müttəfiq digər müttəfiqi işğal eləmir.
Beybala Mirzeyev
Nura xanım, sovet ideoloji təbliğatı vaxtilə Azərbaycanda bir çox insanların beyinlərini tamamilə "yumuşdu". Bu ağsaqqal da yəqin həmin o beyni yuyulmuşlardandır. Təəssüf ki, indi eynilə fars-molla rejimi də Güney azərbaycanlıların beyinlərini yumağa, onların milli hisslərini irançılıq təfəkkürü ilə əvəzləməyə çalışır.
Sabit Djodjulu
Bu ünsürlərin hamısını Dövlət qurumlarından, təhsil müəssisələrindən və ümumiyyətlə ictimaiyyətdən uzaqlaşdırmaq lazımdır....
Beybala Mirzeyev
Sabit Djodjulu, bəli, sovetsizləşdirmə (desovetizasiya) işi aparılmalıdır. Həmçinin, sovet rəmzlərinin təbliği qanunla qadağan edilməlidir. Bu qadağanı pozanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Ali Shamil
Böyük həsrətlə Azərbaycanı Rusiyanın hansı formada olur olsun işğalını gözləyirlər
Beybala Mirzeyev
Bəli, "bəlkə də qaytardılar" düşüncəsilə gözləyirlər. Ancaq gözləntiləri, arzuları ürəklərində qalacaq.
Vidadi Mamedrzayev
Çox maraqlıdır,o boyda bayraq ora asılan zaman kimsə görmədimi,niyə imkan yaratdılar,rayon rəhbərliyindən kimsə iştirak etməyibbi həmin mərasimdə.Hadisənin qarşısını almırıq,sonra ardınca düşürük,kimisə cəzalandırırıq,hay küy qaldırırıq.Maraqlıdır,müstəqilliyimizdən 34 il ötür,SSRİ bayrağını belə tələsik haradan tapıblar.Düz qeyd etmisiniz,Beybala m.,bu rəmzlərə qanunla qadağa qoyulmalı və cərimə tətbiq olunmalıdır.Onsuzda cərimə dəbə düşüb,biri də əlavə olunsun
Beybala Mirzeyev
Vidadi müəllim, görünür o bayrağın ora asılmasına iştirakçılardan heç kim fikir verməyib.
Sovetin xiffəti ilə yaşayan insanlar çoxdur. Onlar sovet bayrağını da, o dövrə aid digər atributları da öz evlərində qoruyub saxlayır və belə məqamlarda üzə çıxarırlar.
Bəli, məhz belələri ilk növbədə cərimələnməlidir.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.