Fransa məhkəməsi Jerar Depardyeni 18 ay həbs cəzasına məhkum edib
Fransa məhkəməsi aktyor Jerar Depardyeni ona qarşı ittihamlar irəli sürən iki qadına qarşı cinsi təcavüzdə təqsirli bilib. O, 18 ay şərti cəza alıb.
Depardye günahını etiraf etməyib. Hökmün elanında aktyorun özü iştirak etməyib. O, Azor adalarında film çəkir.
Aktyor 2021-ci ildə “Yaşıl Panjurlar” filminin çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunub.
Məhkəmənin məlumatına görə, aktyoru zorakılıqda ittiham edən Amelie K. adlı quruluşçu rəssam məhkəmə zamanı hadisə ilə bağlı ardıcıl ifadə verib, Depardyenin ifadəsi isə dəyişib.
Aktyor həm də Sara adlı rejissor köməkçisinə hücum etməkdə təqsirli bilinib.
Depardye iddiaları rədd edərək bildirib ki, əgər o, iddiaçılara toxunubsa, bu, təsadüfən olub. Amma eyni zamanda, aktyor ifadə verərkən qadına toxunmağı seksual aqressiya hesab etmədiyini də etiraf edib. Bu söz hakimin xoşuna gəlmədi.
Aktyorun vəkili müvəkkilinin hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.