"AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ,Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti , Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri 13,14,15,16 may tarixlərində Xətai Sənət Mərkəzində açılacaq.
Şüar-Azərbaycan səni sevirəm!Mövzu-Mənim gözlərimlə Azərbaycan! olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsınə xıdmət məqsədılə elan olunmuşdur!
Müsabiqəyə Azərbaycandan və bir çox xarici ölkələrdən,.o cümlədən, ABŞ, Belarus, İran, Türkiyə ,Qazağıstan, Rusiya, Çin,Peru, Hindistan və Miyanmardan 2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılmışdır və ümumilikdə sərgilərdə 900-ə yaxın əsər sərgilənəcək.
Əvvəlcədən elan olunmuş yerli və xarici rəssamlardan ibarət seçim heyyəti tərəfindən 10 ballıq sistem üzrə aparılan seçimdə əsasən mövzuya uyğunluq nəzərə alınmaqla ,yanaşma ,kompozisiya, rəng həlli əsas götürülməklə aparılmışdır və sonda hər müəllifdən bir
əsər olmaqla sərgilənməyə dəvət olunurlar.
Sərgilənəcək əsərlər və müəlliflər:
8-12 yaş https://online.fliphtml5.com/udgyq/uxql/#p=1
13-15 yaş https://online.fliphtml5.com/udgyq/dvyf/#p=1
16-21 yaş https://online.fliphtml5.com/udgyq/chks/#p=1
Xarici iştirakçılar https://online.fliphtml5.com/udgyq/arvr/#p=1
Sərgilənəcək əsərlərin təqdimi üçün son tarix: 10 may
Sərgilər hər yaş kateqoriyası üçün ayrıca keçiriləcək.
Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər,
həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Əcnəbilər tərəfindən email poçta göndərilən əsərlər arasından seçilmiş
əsərlər tərəfimizdən çap olunaraq çərçivədə olmaqla sərgilənəcək və müəlliflərə sertifikat göndəriləcək
Əcnəbilər öz hesabına sərgilərdə və festivalda əyani olaraq iştirak edə bilər.
Müsabiqə və festivalda iştirak ödənişsizdir.
Əlavə suallar üçün +994 51-310-74 01 tel/whatsapp
Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi
Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.