Azərbaycan yığması Antalyada keçirilən turniri 6 medalla başa vurub
Türkiyənin Antalya şəhərində yunan-Roma güləşi üzrə gənclər (U20) arasında “Çempionlar” turniri başa çatıb.
Yarışın final günündə Azərbaycan yığmasının heyətində 63, 82 və 130 kq çəki dərəcələrində idmançılar mübarizə aparıb.
Əvvəlki iki gündə olduğu kimi, final günündə də yığmamız bir gümüş və bir bürünc medal qazanıb. Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.
Nəticədə Azərbaycan komandası turniri altı medalla başa vurub: üç gümüş və üç bürünc. Bundan əvvəl Turan Daşdəmirov (55 kq) və Ayxan Cavadov (60 kq) gümüş, Vedat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medala sahib olublar.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədov və Turac Hüseynovun rəhbərliyi ilə Azərbaycan yığması 122 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Birinci yeri İran komandası (128 xal), üçüncü yeri isə Qırğızıstan (115 xal) tutub.
Qeyd edək ki, turnirdə ədalətliliyi beynəlxalq ikinci dərəcəli hakimlər Xəyal Əliyev və Kamran Baxışov təmin edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.