Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri “AnewZ” beynəlxalq televiziya kanalı ilə tanış olublar
“İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən II Forum çərçivəsində Bakıda səfərdə olan Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri “AnewZ” beynəlxalq televiziya kanalı ilə yaxından tanış olublar.
Media nümayəndələrinə “AnewZ” kanalının fəaliyyəti, məqsədləri və yayımlanma imkanları barədə ətraflı məlumat verilərək qeyd olunub ki, 12-dən çox ölkədə təmsilçisi olan və 110-dan artıq ölkəyə yayımlanan kanal peyk, rəqəmsal platformalar və sosial media vasitəsilə geniş auditoriyaya çıxış imkanı yaradır. Eyni zamanda bildirilib ki, kanalın yaradıcı heyətində müxtəlif ölkələrdən media sahəsində zəngin təcrübəyə malik peşəkar jurnalistlər yer alır.
Tanışlıq zamanı vurğulanıb ki, kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına dəstək göstərmək və ölkənin beynəlxalq informasiya məkanında daha fəal təmsilçisinə çevrilməkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.