NATO Litvada beynəlxalq təlimlərə ev sahibliyi edəcək
NATO-nun Griffin Lightning beynəlxalq hərbi təlimi çərçivəsində müttəfiqlərin helikopterləri Litva ərazisi, o cümlədən sərhədyanı ərazilər üzərində aşağı hündürlükdə uçacaq.
Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 3-dən 23-dək Litvada “Griffin Lightning 2025” beynəlxalq hərbi təlimləri keçiriləcək... Litva sakinləri üçün bu təlimlərin ən çox görünən hissəsi bu şənbə günü başlayacaq – alman hərbi helikopterlərinin Litvanın hava məkanında gündüz və gecə uçuşlarına başlanacaq”, - deyə idarənin açıqlamasında bildirilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Almaniyanın 30-a yaxın hərbi helikopteri ölkəyə yerləşdiriləcək: TIGER hücum helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır nəqliyyat helikopterləri və EC135 yüngül çoxməqsədli helikopterlər.
Bəzi uçuşlar son dərəcə aşağı hündürlüklərdə - 150 metrə qədər planlaşdırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.