Savatçılarımız Bolqarıstanda 4 medal qazanıblar
25-27 aprel günlərində Bolqarıstanın Plovdiv şəhərində savat idman növü üzrə "World Open Savate-2005" beynəlxalq turnir keçirilib. Üç gün davam edən turnirdə Azərbaycan idmançıları da iştirak ediblər. Federasiyadan verilən məlumata görə baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında bəllib yarışa qatılan yığmamız 4 (1-2-1) medal qazanıb. Yeganə qızıl medalın sahibi kadetler arasında çıxış edən Ağamirzə Mahmudbəyli (30 kq, İrəvan İdman Klubu) olub. Kadetlerin yarışına qatılan eyni klubun üzvü Üzeyir Məsimov (36 kq) isə bürünc medal qazanıb.
Gümüş medallar isə kişilərin yarışına qatılan Beyrək Baqirov (80 kq, Gədəbəy İK) və Sənan Babazadənin (+85 kq, Gəncə Savate İK) aktivinə yazılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.