U-15 oğlan yığmamız İSF-nin 1/8 finalında
Serbiyanın Zlatibor şəhərində 15 yaşlı yeniyetmələr (məktəblilər) arasında keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Gimnaziyada İdman Oyunları (İSF) davam edir. Qeyd edək ki, Oyunların proqramına daxil olan 3x3 basketolu üzrə yarışların qrup mərhələsinə yekun vurulub. Zaur Paşayevin rəhbərlik etdiyi U-15 oğlan komandamız yer aldığı B qrupunda ikinci yeri tutaraq, yarışların 1/8 mərhələsinə yüksəlib. Oğlanlardan ibarət U-15-imiz qrupda Meksikanı 11:8, Serbiya-2 komandasını 21:10 və Benin yığmasını 14:4 hesabla üstələyib. Komandamız qrup mərhələsində yalnız Çili-1 komandasına uduzub - 7:17.
Qızlardan ibarət U-15-imiz isə Serbiya-2 (18:0) və Hindistanı (21:1) udsa da, Estoniya (7:9) və Rumıniya (10:20) ilə bacarmayıb.
Nəticədə komandamız 1/8 finaldan kənarda qalıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.