Qadın şahmatçıların şəxsi Avropa çempionatı davam edir
Gövhər Beydullayeva 10-cu yerdədir
Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında keçirilən və Azərbaycan zəka sahiblərinin də iştirak etdiyi şəxsi Avropa çempionatı davam edir. Qeyd edək ki, mükafat fondu 60 min avro təşkil edən, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və 8 təmsilçimizin qatıldığı bu çempionatda artıq 6 tur geridə qalıb.
6 turdan sonra təmsilçilərimiz arasında ən yaxşı göstərici Gövhər Beydullayevaya məxsusdur. 6 mümkün xaldan 4,5 xal toplayan Beydullayeva hazırda 136 şahmatçı arasında ilk onluğu tamamlayır. Digər təmsilçilərimizə gəlincə, Gülnar Məmmədova 4 xalla 15-cidir. Aktivində 3,5 xalı olan Səbinə İbrahimova 47-ci pillədə qərarlaşıb. Hərəyə 3 xal toplayan Ayan Allahverdiyeva və hazırkı Avropa çempionumuz Ülviyyə Fətəliyeva isə müvafiq olaraq 63 və 64-cu yeri bölüşür. Nərmin Abdinova 3 xalla 72-ci, hərəyə 2,5 xalı olan Türkan Məmmədyarova ilə Lalə Hüseynova isə müvafiq ardıcıllıqla 86-ci və 93-cu yeri tutub.
Bu gün keçiriləcək 7-ci tur çərçivəsində Gövhər Beydullayeva onunla eyni xal ehtiyatına malik olan və yarış cədvəlində ondan bir pillə (11-ci yer) geri qalan erməni Lilit Mkrtchyanla qarşılaşacaq.
Turnirin qalibi 10 min avro mükafat qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.