Yeniyetmə cüdoçularımız AK-da ikinci olublar
Aprelin 5-dən 6-dək Çexiyanin Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku keçirilib. Turnir Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, 38 ölkəni təmsil edən 857 idmançının iştirak etdiyi turnirə 16 çəkidə 33 (17 oğlan və 16 qız) cüdoçu ilə qatılan Azərbaycan yığması qazandığı 9 (2-3-4) medalla komanda hesabında ikinci yeri tutub.
Komandamızın heyətində çıxış edən Nərmin Ağamirzadə (48 kq) və Rəsul Əlizadə (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb.
Yalnız həlledici finalda məqlubiyyətlə üzləşən Gülşən Hüseynova (44 kq), Ayxan Həsənli (73 kq) və Sübhan Axundov (90 kq) gümüş medalla kifayətlənib.
Buruncləri isə öz çəkisində üçüncü yeri tutan Mədinə Hüseynova (40 kq), Anar Quliyev (50 kq), Röyal Qayıbov (60 kq) və Əli Hümbətov (66 kq) qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.