Elman Eldaroğlu:
Beynəlxalq Atalar Günü
19 mart Beynəlxalq Atalar Günüdür
Bu əlamətdar gün, bu il Azərbaycanda təntənə ilə qeyd olunan İLAXIR ÇƏRŞƏNBƏ ilə üst-üstə düşür. Xoşbəxt o şəxslərdir ki, bu bayramı atalarının iştirakı ilə keçirəcəklər. Əfsuslar olsun ki, aramızda elələri də var ki, ATAları haqqa qovuşub, bayram süfrələrinin başında olmayacaqlar. Elə mənim atam da martın 19-dan 20-nə keçən gecə rəhmətə gedib....
Mərhum Əli Kərimin "Atamın xatirəsi" şeirini təqdim etməklə, haqqa qovuşan bütün atalara Allahdan rəhmət diləyirəm:
O sərt idi səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən
Söyləməzdi övlad üçün çox yandığını
Gizli-gizli məni süzüb gülərdi hərdən
Durub-durub güc gələrdi əyri qəlyana
Övladına bircə dəfə can söyləməkdən
Övlad üçün can verməyi asandı ona
Zəhmətsevər, ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən
Sevgisi də soyuq idi təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi
...Moskvada oxuyurdum tərk etdi məni
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə
Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb öz ölümündən
Ah o niyə belə etdi, bu nə qübardı
Nə zamansa bu nişanda bir atam vardı...
* * *
Yegane Kerimzade
Bu gün atamı itirdiyim gündü. Həyatımın ən ağır və bitməyən günü. Övladın həyatında iz qoymağı bacaran əsil ataların günü mübarək olsun.
Тагир Агарагимов
Zəhmətsevər, aqır , enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Hafiz Rüstəm
Hissiyyat güclü olsa da, ədəbi-poetik cəhətdən zəifdən-zəif nəzmdir.
İlaxır çərşənbəniz mübarək!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.