17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

SEVİNC ƏDALƏTQIZI: Ömrünü Televiziyaya həsr edən sənətkar: MƏHƏRRƏM BƏDİRZADƏ-80

4 ay əvvəl 272 01

SEVİNC ƏDALƏTQIZI:

Ömrünü Televiziyaya həsr edən sənətkar: MƏHƏRRƏM BƏDİRZADƏ-80

Bu yazımı kövrək duyğular tərkində 80 yaşınızın tamamında sizin əziz və unudulmaz xatirənizə ithaf edirəm, mənə rejissorluq sənətinin sirlərini öyrədən çox hörmətli Məhərrəm müəllim! Ömrünü Azərbaycan mədəniyyətinə həsr edən sənətkar, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə!  Öncədən bu böyük, yorulmaz sənət fədaisinin həyat yoluna qısaca nəzər salıb, barəsində  solmaz xatirələrlə dolu yaddaş tarixçəmi vərəqləmək istəyirəm.

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci il yanvarın 13-də Bakının Novxanı kəndində dünyaya göz açıb. 190 saylı orta məktəbi başa vurub. Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirib. Taleyini televiziyaya bağlamasına baxmayaraq, yaradıcılıq fəaliyyətinə ilk dəfə Akademik Milli Dram Teatrından aktyor kimi başlayıb. Mehdi Məmmədovun və  Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda assistentlik edib. Məhərrəm Bədirzadə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “rejissorluq” kafedrasının dosenti, “Mən sənin dayınam”, “Bağdada putyovka var”, “Qaynana əməliyyatı”, “Gəlinlər”, “Gəl qohum olaq”, “Mənim üçün varsan”, “Sonuncu şahid”, “Ünvansız eşq”, “Təlatüm” və s. televiziya filmlərinin, “Səhər görüşləri”, “Ocaq başı”, “Gəzdim Azərbaycanı” verilişlərinin quruluşçu rejissoru, “Qızıl Dərviş” və “Qızıl Qılınc” mükafatı laureatı idi.
Orta məktəbi yenicə bitirmişdim. Maraq dairəm televiziya və kino sahəsini əhatə etdiyindən sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təqdim etməyə hazırlaşırdım. Qabiliyyət imtahanında iştirakım tələb olunurdu. Bu sonsuz, əlçatmaz arzuma qovuşmaq üçün  yaxşıca hazırlaşmalı, daşlı-kəsəkli yollardan keçməli idim. Məhərrəm müəllimi yaxından tanımağımızın səbəbkarı ailəmizin yaxın dostu, yazıçı, jurnalist, sənəti və imzasıyla fəxr etdiyimiz  Əməkdar Mədəniyyət işçisi Rafiq  Rəhimlidir. Dövlət Televiziyasında çalışan müəyyən sayda rejissorlarımız var.  Rafiq müəllimdən kimi məsləhət görürsünüz deyə soruşanda çox nəzakətli, alicənab, ciddi xarakterə malik, ağır təbiətli, nəcib bir insan kimi Məhərrəm müəllimi nəzərdə tutdu. Tövsiyyəsinə əməl etdik. Yeri gəlmişkən, Rafiq müəllimin bu xeyirxah təşəbbüsünü həmişə minnətdarlıq hissiylə xatırlayıram və ömrüm boyu da  unutmayacağam. Məhərrəm müəllim ilk görüşdə intelektual dünyagörüşümə bələd olmaq üçün məni ədəbiyyat və kino sahəsi üzrə sorğu-suala çəkdi. Heç bir sualını cavabsız qoymadığım təqdirdə təəcüb içində deyirdi:  “Sən bunları haradan bilirsən? Mənim heç yadımda qalmayıb. Görünür məndən daha çox məlumatlısan.” Vaxtaşırı mütaliə etdiyimi bildirdim. Kino sahəsi üzrə təsəvvür və  biliklərimin həmçinin ensiklopedik dərəcədə dərin olduğunu təsdiqlədi. Mənimlə bağlı ilk təəssüratı da bu oldu: “Çox talantlı uşaqdır.” Təmənnasız, heç bir məqsəd güdmədən məni qabiliyyət imtahanına hazırlaşdırmaq üçün dəyərli vaxtını sərf etdi. Məhz onun sayəsində rejissorluq sənətinin incəliklərinə bələd olmağa başladım. Elə o vaxtdan Məhərrəm müəllimlə atamın möhkəm, qırılmaz dostluq əlaqələrinin təməli qoyuldu. Məhərrəm müəllim və həyat yoldaşı Xuraman xanım ailəmizin, məclislərimizin, şad günlərimizin ən sevimli, əziz və doğma insanına çevrildilər. Mənim sənət seçimim də atamı tez-tez bir sıra mədəniyyət və incəsənət xadimlərinin əhatəsində olmağa  sövq etdi.
Ancaq onu da deyim ki, televiziyaya bağlılıq, doğma münasibət öz yerində, Məhərrəm müəllim kino sahəsindən daha çox teatr sahəsinə üstünlük verirdi. Çünki ilk fəaliyyətinə bu ecazkar sənət məbədindən başlamışdı. Mənə isə söz gəlişi deyərdi ki, “Əgər sən aktrisa sənətini seçsəydin, mən sənə dəstək olmazdım. Televiziya rejissoru…bu başqa məsələ.” Onun xarakteri belə idi. Mən də həmişə Dövlət Televiziyası məkanını Məhərrəm müəllimin ikinci doğma evi hesab edərdim. Yaxşı  yadımdadır. Universitetin birinci kursunda təhsil alarkən görkəmli səhnə ustası, “Məcnun”rolunun bənzərsiz ifaçısı, sevimli aktyorumuz Hüseynqulu Sarabski haqqında “Azərbaycan səhnəsinin zinəti” adlı qısametrajlı film ərsəyə gətirmişdim. Adətən ixtisasım üzrə yaradıcı işlərimə başlamazdan öncə çəkiliş prosesi ilə bağlı ilk dəfə məhz Məhərrəm müəllimi məlumatlandırmalı, ondan məsləhətlər almalı idim. Sarabski yaradıcılığına müraciətim onun ürəyincə oldu. Belə ki, ideyamı çox bəyəndi. Söhbət əsnasında Hüseynqulu Sarabskinin oğlu Rza Sarabskidən sənət dərsi aldığını da bildirdi. Bu filmin ərsəyə gəlməsində Dövlət Televiziyasının fondundan Sarabskiyə aid kadrları əldə etməklə mənəvi dəstəyini əsirgəmədi. Sonuncu kursda təhsil alanda isə Məhərrəm müəllimin istiqlal şairimiz Əhməd Cavadla bağlı diplom işi nəzəriylə çəkdiyim sənədli filmə göstərdiyi köməkliyi xüsusi olaraq qeyd edirəm. Bu dəfə də sevimli müəllimim tövsiyə və məsləhətlərini, hər cür mənəvi dəstəyini əsirgəmədi. Hələ Əhməd Cavadla bağlı ərsəyə gətirdiyim kitablarımın təqdimat mərasimində fəxri qonaq qismində söylədiyi maraqlı və təsirli nitqi yaddaşımın dərin yerinə həkk olunub. Həmin həyəcanlı məqamlarda da müəllim qayğısını hiss edərkən qürurlanmışdım. Ailə məclislərimizin birində Məhərrəm müəllimin mənə üz tutaraq söylədiyi sözləri də heç vaxt unutmayacağam. “Vaxtilə Üzeyir Hacıbəyov seminariyada təhsil aldığı müddətdə müəllimi ona söyləmişdir: -“Mən inanıram ki, sən gələcəkdə böyük  bəstəkar olacaqsan. İndi mən də sənə deyirəm ki, sən də gələcəkdə böyük rejissor olacaqsan”.  Hər halda bu sözləri ötəri deməmişdi. Məhərrəm müəllimin sayəsində  anladım ki, rejissorluq sənəti çox çətin və məsuliyyətli sənət imiş. Ancaq 9 yaşımdan əlimə aldığım qələmim məni televiziya sahəsindən uzaqlaşdıraraq  hərbi-vətənpərvər mövzulara yönəltməklə bu sahədə qalaq-qalaq kitabların açılmasına müvəffəq  etdi. Lakin bircə an da olsun mən özümü incəsənət dünyasından ayrı təsəvvür etmədim.  Taledir, nə bilmək olar? Düşünürəm ki, bəlkə də bir gün siz deyən oldu və mənə verdiyiniz fəxri vədiniz gerçəkləşdi, Məhərrəm müəllim! Qələmimə münasibətiniz də başqa idi…
Həmişə rejissorlardan, onların yaradıcılıq fəaliyyətindən söz düşəndə ilk Məhərrəm Bədirzadənin adını fəxr hissiylə çəkərdim. Məhərrəm müəllimsə bunu eşitcək dərhal narahat olar, təvazökarcasına, ciddi tərzdə  bildirərdi: “Mənim adımı niyə çəkirsən? Məndən də daha böyük, daha  yaradıcı və məhsuldar rejissorlar var.” İşində, peşəsində çox ədalətli və məsuliyyətli bir insan olmağına rəğmən Məhərrəm müəllimi yaxından tanıdığım surətdə onun ən üstün cəhətlərindən biri də hər zaman çəkinmədən sözü üzə deməsi idi. Tələbələrdə ən birinci əxlaq və davranışa, sonra isə istedada üstünlük verərdi. İstedadlıya yol göstərər, istedadsız tələbələrə isə sənət sahəsində doğru seçim etmədikləri üçün təəssüflənər və gileylənərdi. Adətən biz tələbələr özümüzü onun yanında güvəndə hiss edərdik. Bir nümunəvi tələbə kimi mənim haqqımda söylədiyi fikirləri də o zamandan bəri yaddaşımdadır.  “Bu gün Universitetin rəhbərlik və müəllim heyətindən sənin haqqında yüksək əxlaqa, istedada malik  olduğunu eşidərkən çox fəxr etdim. Ona görə fəxr etdim ki, mənim bu cür tərbiyəli, sakit, ağıllı, istedadlı  tələbəm var.” Məhərrəm müəllim məni ara-sıra quruluş verdiyi televiziya filmlərinə və verilişlərinə assistent qismində cəlb edərdi. Aktyor Valeh Kərimovun sənət fəaliyyəti haqqında hazırladığı televiziya verilişini xüsusilə qeyd edirəm. Onunla çəkilişlərdə olarkən müxtəlif sənət adamlarını mənə böyük  hörmətlə, izzətlə, bəzən də xüsusi pafosla təqdim edərdi. Aktyorlarla apardığı iş prosesini də izləyib müşahidə etməkdən böyük zövq alardım. Məhz Məhərrəm müəllimin sayəsində bir sıra kino və teatr xadimlərini, görkəmli aktyorları  tanımaq zamanında mənə nəsib olub. Azərbaycan Dövlət Televiziyasının aparıcı rejissorlarından sayılan diplom rəhbərim, mərhum Tariyel Vəliyevi də Məhərrəm müəllimin sayəsində tanımışam. Bu məqamda bir maraqlı epizodu da yada salmaq istəyirəm. Günlərin bir günü  Məhərrəm müəllimlə bərabər parodiyaçı, aktyor Həsən Cəbrayılovla rastlaşdıq. Salamlaşandan sonra  Məhərrəm müəllim Həsən Cəbrayılovu mənə təqdim etmək istəyəndə -“Müəllim, tanıyıram”-dedim. Elə bu zaman Həsən Cəbrayılov  Məhərrəm müəllimi mənə ağızdolusu tərifləməyə başladı: “Bu bizim dahi rejissorumuzdur” söyləyəndə Məhərrəm müəllim –“Daha bəsdir, ağ eləmə” -deyə etirazını bildirdi. Sonra hər iki sənətkar bir-birinə qoşulub gülməyə başladı.  Məhərrəm müəllim bu cür zarafatcıl, sadə və təvazökar insan olmaqla yanaşı hamının sevimlisi idi. Çəkiliş üçün hara gedərdisə “Sənətkara eşq olsun!” şüarı ilə qarşılanardı.
Məhərrəm müəllimin Dövlət Televiziyasının efirində hər həftənin istirahət günü gözlədiyimiz “Səhər görüşləri”nin növbəti sayının çəkiliş prosesini  bir dəfə xalqımızın görkəmli, sevilən aktyorları ilə bərabər bizim evimizdə aparması məqamını da çox yaxşı xatırlayıram.
2021-ci ilin 8 apreli dəyərli sənətkarımızın həyata vida etdiyi gün yaddaşıma çox kədərli xatirə kimi həkk olunub. Pandemiyanın tüğyan etdiyi dönəmlər idi. Koronavirusun əlindən yenicə yaxa qurtarıb, həmin gün günorta saatlarında Fəvvarələr meydanında açıq havada gəzintiyə çıxmışdım. Məhərrəm müəllimlə Akademiya Kitab Mərkəzinin qarşısında anidən rastlaşdıq. Çox dalğın idi. Halını xəbər aldım. Yaxşı olduğunu bildirdi. “Xuraman xanıma salamımı çatdırın” dedim. Ancaq bilmirəm salamımı çatdırdı ya yox. Sən demə, sonuncu vida görüşü imiş. Sonradan duydum ki, Dövlət Televiziyasına çəkiliş üçün gedirmiş. Üstündən bir saat keçəndən sonra evə dönərkən informasiya portallarından birindən Məhərrəm müəllimin vəfatı xəbərini aldım. Heç cür inana bilmədim bu üzücü xəbərə... Ona görə ki, az öncə görüşüb, halını xəbər aldığım şəxsiyyət daha həyatda yox idi…
Həmişə təsəlli duyuram ki, hörmətli müəllimimi ömrünün son saatlarında görmək mənə nəsib olub. Bəlkə də burada dərin məna və hikmət var. Çünki həmişə mənə deyərdi ki, “sənin xətrini öz qızlarım kimi çox istəyirəm.” Görünür həqiqətən də çox istəməkdən irəli gələn bir zərurət imiş…
İşıqlı xatirəniz qəlbimizdə əbədi  yaşayacaq, əziz və hörmətli Məhərrəm müəllim! İnsana xoş əhval ruhiyyə bəxş etməklə, dodaqlarda təbəssüm oyadan, gülüş doğuran bir sıra ekran   əsərlərinizə hələ də baxdıqca zövq alırıq. Bir-birindən maraqlı və baxımlı bu ekran əsərləri Dövlət Televiziyasının fondunda qorunub saxlanılan Məhərrəm Bədirzadə ömründən yadigar qalan dəyərli sənət nümunələrindəndir.

Sevinc Ədalətqızı
Yazıçı, tədqiqatçı, publisist

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 4 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com