FİFA qalmaqalı: top menecer azyaşlı ilə cinsi əlaqədə şübhəli bilinərək həbs edilib
Təşkilatın tədbirləri və verilişləri üçün musiqi müşayiəti təşkil edən şöbəyə rəhbərlik edən FİFA əməkdaşı Cek Koulz 14 yaşlı oğlanla cinsi əlaqədə olmaqda şübhəli bilinərək həbs edilib.
J.Coles britaniyalıdır. O, oğlanla 2024-cü ilin oktyabrında tanışlıq proqramı vasitəsilə tanış olub. Qeyd olunur ki, yeniyetmə C.Koulsa 16 yaşında olduğunu deyib. Ötən həftə Cek yeniyetmə ilə yenidən görüşmək istəsə də, 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə açılan Mayamidə FİFA ofisi yaxınlığında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatına eyni vaxtda üç ölkə ev sahibliyi edəcək: ABŞ, Meksika və Kanada. Oyunlar Mexiko, Qvadalaxara, Monterrey (hamısı Meksikada), Toronto, Vankuver (hər ikisi Kanadada), Nyu-York, Filadelfiya, Boston, Atlanta, Mayami, Hyuston, Dallas, Los Anceles, San-Fransisko, Kanzas Siti, Sietl (hamısı ABŞ-də) şəhərlərində keçiriləcək. Hazırkı dünya çempionu Argentina yığmasıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.