Firuz Mustafa:
SSRİ və İranın keçmiş liderlərinin şeirləri..
Bir müddət əvvəl iki diktatorun- Hitler və Mussolinin şeirlərini paylaşmışdım. İndi isə poeziya həvəskarlarının ricasını nəzərə alıb daha iki tanınmış liderin- SSRİ və İranın keçmiş liderlərinin şeirlərini təqdim edirəm.
İosif Stalin
(1879-1953)
Səhər
Çəhrayı bir qönçə açdı
Bənövşənin yaxasında.
Əsən mehlə oynayaraq
Zanbaq “çıxdı” yuxusundan.
Buludların üstdə uçan
Quşcuğaz da cilvələndi.
Bülbül kollar arasından
Həzin-həzin nəğmə dedi:
“Çiçəklən, ey Gürcüstanım,
Qoy sülh olsun nəsibimiz.
Gənc dostlar, yaxşı oxuyun,
Yurda şöhrət gətirin siz!”
(Громов Е.С. Сталин: искусство и власть. М., 2003, С. 27;
РГАСПИ, Ф. 558, Д. 669, Л. 46-47).
Ruhulla Xomeyni
(1902-1989)
BAHAR DİLƏKLƏRİ
Mən yenə qazmadayam, həmişə olduğutək,
Qəlbim sevgiylə dolu, oxşamıram ahıla.
Bağçalar gül açanda sanki gəncləşir ürək,
Daha payızı unut, uzaqdadır o hələ.
Sən qəfəsdə boğulan o quşa bir nəzər sal,
İndi fır-fır fırlanır, çəkir onu göy üzü.
Uçub getdi şimala coşan fırtına, külək.
Mübarək yağış isə yudu çəməni-düzü.
Bir gün pərdə enəcək, yazın gözəl camalı
Gözləri qamaşdırıb, ötəcəkdir bulud tək.
* * *
Seyfəddin Eyvazov
Sən demə, hakimiyyət ranqında olanlar da hissiyatlı imişlər.
Şeirə toxunmayın, rəyasərdəkilər!
Firuze Memmedli
Hamıda ürək var.Ağılla yola getmir bəzən. Şeir ürəyin ibadətidir. O ağılın törətdiyi azğınlıqlara qarşı etirazını bu yolla bildirir.
Sağ olun ki, belə nadir məlumatları ictimaiyyətə çatdırlrslnlz.
Elaze Ehmedova
Xomeyninin şeiri daha çox yaradıcılıq nümunəsinə bənzəyir. Nədənsə təəccüb etmədim. Hissləri, duyğuları yəqin ki, heç nə ilə müqayisə etmək mümkün deyil. Hələ bilmək olmaz ki, zamanında kiminsə əlinə fürsət düşsəydi nə edə bilərdi?
Anushiravan Ghazipour
Çox qəribədir,doğrudan da belə incə,lirik hisslər hardandır bu insanlarda,özü də bu çox təsadüf olunur!
Есмира Хесенли
Stalinin şeiri, sovet məktəblisinin yaza biləcəyi səviyyədədir, baharın gəlişi, öhdəlik.
R.Xomeynin şeri maraqlıdır, insan ömrünü, onun azadlığa can atmasın təsvir edir, daha yaradıcıdır.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.