30 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

Pezeşkian: Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxaracağıq

Pezeşkian: Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxaracağıq

ANADOLU TORPAQLARINDA MÜSTƏQİLLİYİN MÖHRÜNÜN VURULDUĞU GÜN

ANADOLU TORPAQLARINDA MÜSTƏQİLLİYİN MÖHRÜNÜN VURULDUĞU GÜN

Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Qara Qarayev adına VI Respublika Elmi-ifaçılıq müsabiqəsinə yekun vuruldu

2 il əvvəl 810 01

Qara Qarayev adına VI Respublika Elmi-ifaçılıq müsabiqəsinə yekun vuruldu

Zəngin irsə malik Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərinin qorunması, yüksəlməsi istiqamətində əhəmiyyətli tədbirlər – Beynəlxalq və Respublika konfrans, müsabiqə, konsert və festivallar həyata keçirilir. Həmin layihələr arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın İxtisas musiqi məktəb-studiyasının 2024-cü ilin aprel-may aylarında reallaşdırdığı Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi olmuşdur. Vurğulanmalıdır ki, tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
Ayrı-ayrı illərdə baş tutan elmi-ifaçılıq müsabiqələrinin ideya müəllifi Azərbaycan musiqi elminə innovativ xarakterli töhfələr bəxş etmiş, BMA-nın İxtisas musiqi məktəb-studiyasının yaradıcısı və 40 ildən artıq rəhbəri olmuş Əməkdar incəsənət xadimi, professor mərhum Tərlan Seyidovdur.
İlk dəfə olaraq 2010-cu ildə keçirilən Qara Qarayev adına I Respublika elmi-ifaçılıq müsabiqəsi Azərbaycan musiqi təhsil sistemində köklü dəyişikliklərə səbəb olmuşdur. Belə ki, elmi-ifaçılıq konsepsiyası müxtəlif musiqi sahələrini özündə birləşdirə bilmişdir. Bura həm əhatəli nəzəri bilik səviyyəsi, həm də ifaçılıq qabiliyyətinin obraz və texniki ünsürlər baxımından nümayiş olunması daxildir.
Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinin ərsəyə gəlməsində tədbirin Təşkilat Komitəsi və Münsiflər Heyətinin sədri – BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, həmsədri – BMA-nın tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, sədr müavini – BMA-nın dosenti, İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova, məsul katib – İxtisas musiqi məktəb-studiyasının baş metodisti Natəvan Fərzəliyevanın böyük əməyi olmuşdur.
Xüsusilə qeyd olunmalıdır ki, layihə iştirakçıları Azərbaycan musiqi sənətinin mötəbər şəxsiyyətləri tərəfindən qiymətləndirilmiş və müəyyən olunmuş adlara layiq görülmüşlər.
Qürurverici hadisə ondan ibarət idi ki, münsiflər heyəti arasında Azərbaycan bəstəkarlıq məktəbini innovativ fikir və üslubla zənginləşdirən, görkəmli bəstəkarımız Qara Qarayevin yadigarı – İstanbul, Kadıköy “440” musiqi atelyesinin tədris işləri üzrə və fortepiano şöbəsinin müdiri Züleyxa Qarayeva-Bağırova da iştirakçıların çıxışlarına dair öz fikir və münasibətini bildirmişdir.
Gənc musiqiçilərin çıxışları münsiflər heyətinin digər hörmətli üzvləri, BMA-nın və İxtisas musiqi məktəb-studiyasının professor və yüksəkixtisaslı müəllim heyəti – Azərbaycanın Xalq artistləri Xuraman Qasımova, Gülnaz İsmayılova; Azərbaycan Respublikasının Əməkdar müəllimləri Firəngiz Hacıyeva, Ayşa Əliyeva, Nərgiz Mansurova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Nəzmiyyə Abbaszadə, BMA-nın dosentləri Gülnarə Quliyeva, Sevda Məmmədli, o cümlədən İxtisas musiqi məktəb-studiyasının tədris işləri üzrə direktor müavini Nərminə Əliverdi-zadə və elmi-metodiki işləri üzrə direktor müavini Aytən Baxşıyeva tərəfindən qiymətləndirilmişdir.
Üç nominasiya – “Fortepiano”, “Simli alətlər”, “Vokal” üzrə keçirilən elmi-ifaçılıq müsabiqəsində üç yaş qrupuna aid şagird və tələbələr iştirak edirdi. İlk turda hər bir iştirakçı Youtube platformasında yerləşdirilmiş videoyazıda təqdim edəcəyi əsəri qısa fraqmentlərlə ifa edərək, onun janr, forma və üslub xüsusiyyətlərindən bəhs etməli, ikinci turda isə proqram üzrə tələb olunan üç əsəri tam və canlı şəkildə təqdim etməli idi.
Böyük vüsət almış Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinin birinci turuna 150-dən çox iştirakçı qatılmışdır. Təqdirə layiqdir ki, müsabiqənin maraqdoğuran xəritəsi genişlənir və bu il Bakı şəhərinin məktəbləri olmaqla yanaşı, ölkəmizin digər şəhər, rayon və kəndlərindən olan gənc musiqiçilər layihəyə xüsusi həvəs göstərmiş və ötən illərə nisbətən daha keyfiyyətli çıxış nümayiş etdirmişdilər. Bura Ağdam, Ağdaş, Bərdə, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Quba, Qubadlı, Neftçala, Samux, Sumqayıt, Şamaxı, Şəki, Şirvan, Zaqatala kimi bölgə nümayəndələri daxil idi. İlk turun iştirakçılarından 67 nəfər yüksəkixtisaslı müəllimlər tərəfindən məqbul qiymətləndirilərək müsabiqənin ikinci turuna vəsiqə qazanmışdır. Bu mərhələnin qalibləri müxtəlif mükafatlara – “Laureat”, “Diplomant”, “Qara Qarayev əsərlərinin ən yaxşı ifasına görə”, “İfa etdiyi əsərlrin ən yaxşı məruzəçisi” adları ilə təltif olunmuşdular.
Ümumilikdə müsabiqənin üç yaş qrupu və üç nominasiyası üzrə 17 laureatı, 6 diplomantı olmuşdur. Gənc musiqiçilərdən 6 iştirakçıya – “Qara Qarayev əsərlərinin ən yaxşı ifasına görə”, 1 tələbəyə isə “İfa etdiyi əsərlərin ən yaxşı məruzəçisi” diplomları təqdim olundu.
Mərhələli şəkildə həyata keçirilən Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinin qaliblərinin yekun mükafatlandırılma mərasimi 17 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında baş tutdu. Azərbaycan musiqi elm və təhsilinin zənginləşməsi yolunda böyük nüfuza sahib şəxslərin tədbirdə iştirakı və diqqətli yanaşması müsabiqənin aktuallığını və vacibliyini bir daha vurğulayırdı.
İlk olaraq, BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova mükafatlandırma mərasimini açıq elan edərək müsabiqənin bütün qaliblərini təbrik etdi və zalda əyləşən mötəbər qonaqları salamlayaraq, hər birinə təşəkkürünü bildirdi. O, çıxışında müəllifliyi professor Tərlan Seyidova aid böyük əhəmiyyət kəsb edən “Qara Qarayev adına Respublika elmi-ifaçılıq müsabiqəsi”ndən söz açaraq layihənin uğurla sona çatmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Növbəti dəqiqələrdə tədbir haqqında düşüncələri ilə bölüşmək üçün, söz Üzeyir Hacıbəyli adına BMA-nın prorektoru, professor Nərminə Quliyevaya verildi. Müsabiqənin tarixçəsinə qısa ekskurs edərək, Nərminə xanım özünün də həmin müsabiqənin ilk iştirakçısı (qalibi) olduğunu söylədi. O, bu layihənin yaranması və musiqi biliciləri tərəfindən qəbullanması ilə bağlı ilk illərdə bir çox ziddiyyətli fikirlərlə qarşılaşmasını, lakin bu fikrin yanlış olmasını, tarixi faktlara əsaslanaraq yeni formatın gənc musiqiçilərdə həm nəzəri, həm də ifaçılıq qabiliyyətinin ildən ilə püxtələşməsi istiqamətində gərəkliyini vurğuladı.
Müsabiqə iştirakçılarını olduqca diqqətlə dinləyən və hər birini lazımi şəkildə qiymətləndirən münsiflər heyətinin üzvü BMA-nın professoru Zümrüd Dadaşzadə müsabiqənin gedişatından bəhs edərək, habelə, iştirakçıların çıxışlarına nəzər salaraq yaranmış ümumi mənzərəyə əsasən müsbət və mənfi cəhətlərə toxundu. Onu narahat edən məqamlardan biri iştirakçıların nitqində yaranan musiqi terminologiyasına aid qüsurlar idi. Bu yöndə Zümrüd xanım məktəb və kollec müəllimlərinə müraciət edərək həmin məsələyə daha çox diqqət etmələrini onlardan rica etdi. Digər tərəfdən Zümrüd xanım qaliblərin uğurlu çıxışlarını vurğulayaraq, onlara gələcək musiqi təhsillərində böyük nailiyyətlər arzu etdi və qaliblər arasında xüsusi olaraq Kərimov Hüseynin ifa və məruzəsini yüksək qiymətləndirərək ona “İfa etdiyi əsərlərin ən yaxşı məruzəçisi” mükafatını təqdim etdi.
Dəyərli pedaqoqların çıxışlarından sonra mükafatlandırılma mərasiminə start verildi və yüksək əhval-ruhiyyə ilə qaliblərin adları çəkildi. Sevindirici haldır ki, qaliblər sırasında “Laureat” adına təkcə Bakı şəhər musiqi müəssisələrindən deyil, eyni zamanda Sumqayıt, Q.Qarayev adına 1 №-li UMM-nin şagirdi Quliyev Atilla, Qubadlı, F.Hüseynov adına Mahmudlu kənd UMM-nin şagirdi Talıbova Aylin, Neftçala, C.İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Sultanlı Vüsal, Şirvan, UMM-nin şagirdi Məmmədova Nuray, Ağdaş, 1 №-li UMM-nin şagirdi Mirəddinli Rahilə qazanmışdılar.
Təntənəli bağlanış mərasiminin sonunda laureat adına layiq görülmüş şəhər və rayon üzrə bir neçə gənc musiqiçilər Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndirərək, bir daha istedadlarını nümayiş etdirdilər. Bir-birindən maraqlı ifalar tamaşaçıların gur alqışına səbəb oldu.
Beləliklə, Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi uğurla sona çatdı. Münsiflər heyətinin dürüst və saf mövqeyi sayəsində neçə-neçə istedadlı gənc aşkara çıxarıldı və tanındı. Böyük yaradıcılıq yolu keçmiş, Azərbaycan musiqisinin tərəqqisi istiqamətində çalışan sənətkarlarımızın tövsiyələri müsabiqənin bütün iştirakçıları, eyni zamanda onları hazırlaşdıran gənc müəllimlər üçün növbəti uğurlarına bir tramplin olaraq yaramışdır.

Üzeyir Hacıbəyli adına BMA-nın
böyük elmi işçisi, musiqişünas
Şəfəq Hacıyeva

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr Bakıda musiqi vasitəsilə araşdırılırdı - FOTOLAR

Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr Bakıda musiqi vasitəsilə araşdırılırdı - FOTOLAR

John Doe 3 gün əvvəl

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

John Doe 2 həftə əvvəl

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

John Doe 2 həftə əvvəl

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

John Doe 2 həftə əvvəl

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

John Doe 1 ay əvvəl

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik e...

29 avqust 2026 18:05:28
• Əli Əsədovdan İranla bağlı mühüm QƏRAR}

Əli Əsədovdan İranla bağlı mühüm QƏRAR

28 avqust 2026 15:42:02
• Prezident “Sabah”a 5 milyon ayırdı }

Prezident “Sabah”a 5 milyon ayırdı

27 avqust 2026 15:58:03
• Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib +FOTO=4}

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası isti...

27 avqust 2026 15:50:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com