27 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: AŞPA-nı söymək çıxış yoludurmu?

2 il əvvəl 785 01

Bəybala Mirzəyev:

AŞPA-nı söymək çıxış yoludurmu?

Avropanın qəzəbinin səbəbi...

Son günlər yenə qoca qitənin qəzəb atəşinə tuş gəlmişik. Bir yandan Avropa İttifaqının baş diplomatı Cozep Borrel Azərbaycanı hədələyir, digər tərəfdən isə AŞPA-da (Avropa Şurası Parlament Assambleyasında) Azərbaycan nümayəndə heyəti ağır diskriminasiyaya məruz qalır.

Niyə? Yenə nə baş verir?

Məsələ burasındadır ki, Avropa İttifaqının da, Avropa Şurasının da Azərbaycana qarşı təzyiq siyasətini əsasən iki dövlət – Fransa və Almaniya müəyyənləşdirir. Bunlar da adətən Azərbaycanla bağlı qərarlar qəbul edərkən praqmatik, iqtisadi maraqlardan yox, sırf siyasi və emosional motivlərdən, subyektiv amillərdən çıxış edirlər.

Yəni ki, nə zaman Ermənistana havadarlıq etmək zərurəti yaransa, Paris və Berlin dərhal iki amilə (Azərbaycanın Rusiya ilə müttəfiqliyi və Qarabağdan köçmüş ermənilərin hüquqlarının müdafiəsi) əsaslanaraq Bakıya qarşı siyasi-psixoloji təzyiqləri artırmağa başlayır. Və bu zaman hətta Avropanın 8 ölkəsinin bu soyuq havalarda məhz Azərbaycan qazı ilə isinməsi, eləcə də Almaniyanın son illərdə Azərbaycandan neft idxalını bir xeyli artırması faktı da yaddan çıxır. Bəli, bütün bunlar arxa plana keçir və Fransa ilə Almaniyanın ermənipərəstlik, xristian təəssübkeşliyi damarı tutur. Beləliklə, iqtisadi maraqlar geosiyasi oyunlara, planlara qurban verilir.

Yeri gəlmişkən, vaxtilə Avropa Şurasının əsas missiyalarından biri “üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar” hazırlamaq, digəri isə 1989-cu ildən sonra demokratiyaya keçid prosesini yaşayan keçmiş sosialist ölkələrinə və sovet respublikalarına yardım etmək idi. Lakin Avropa Şurası son 35 ildə Ermənistanın işğalçı siyasəti nəticəsində hüquqları pozulan 1 milyondan çox soydaşımızın taleyi ilə heç vaxt maraqlanmadığı halda, bu təşkilatın Parlament Assambleyası (AŞPA) 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən antiterror tədbirlərindən sonra könüllü surətdə Qarabağı tərk etmiş ermənilərin “pozulmuş hüquqlar”ının qorunmasının “vacibliyini” tez-tez gündəmə gətirir.

Yanvarın 22-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması, səsvermə hüququnun bloklanması və üstəlik, mandatının təsdiqlənməsi məsələsinin Monitorinq Komitəsinə həvalə edilməsi də məhz yuxarıda qeyd etdiyimiz iki amil (Azərbaycanın Rusiya ilə müttəfiqliyi və Qarabağdan köçmüş ermənilərin hüquqlarının müdafiəsi) ilə bağlıdır. Başqa sözlə desək, biz hər zaman Rusiya və Ermənistanla qonşuluğumuzun əziyyətini çəkirik (İran ilə qonşu olmaq da bir ayrı dərddir).

Budur, həm Cozep Borrel, həm də AŞPA-dakı alman və fransız parlamentarilər növbəti dəfə “nəlbəkidə fırtına” yaratmaq və Azərbaycana qarşı qəzəb nümayiş etdirməklə məşğuldur. Lakin bu qəzəb əsassızdır, yersizdir və sünidir.

AŞPA rəsmiləri ermənipərəst mövqelərini ört-basdır etmək üçün Azərbaycana qarşı bu demarşı ölkəmizdə insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması ilə izah etməyə çalışırlar. Bəli, son dövrlərdə Azərbaycanda bəzi şəxslər siyasi motivlərlə həbs olunub. Lakin Gürcüstanda və Ermənistanda da eyni tipli, siyasi motivli həbslər baş verib. Mixail Saakaşvili hələ də məhbəsdə yaşamaq uğrunda mübarizə aparır. Hazırda Ermənistanda müxtəlif ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Ancaq bu həbslərə görə nə Ermənistanı, nədəki Gürcüstanı heç kim künsə sıxışdırmır. Deməli, AŞPA-nın son anti-Azərbaycan qərarlarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Əgər belə olsaydı, o zaman AŞPA hər üç Cənubi Qafqaz ölkəsinə qarşı qətnamə qəbul edərdi. Lakin onlar yalnız Azərbaycanı hədəfə aldılar. Bu da açıq-aşkar riyakarlıqdır. Onlar bizi Rusiyaya və ermənilərə görə cəzalandırırlar.

Xatırladaq ki, iyun-iyul aylarında bütövlükdə Avropa İttifaqının taleyi həll olunacaq. Ona görə də qitənin xarici siyasətini müəyyənləşdirən qurumlar indidən yetənə yetir, yetməyənə də bir daş atır. Bir yandan Macarıstanı cəzalandırmağa çalışırlar, o biri yandan isə Azərbaycanı gözümçıxdıya salmaq istəyirlər.

Macarıstanın Şərqi Avropada, Azərbaycanın isə Cənubi Qafqazda tam müstəqil xarici siyasət kursu yürütməsi və suverenliklərini qorumağa çalışması Brüsseldə və Strasburqda oturanları ciddi şəkildə qıcıqlandırır. Bu, onların qlobal geosiyasi planlarını pozur. Borrelin isterik açıqlamaları, AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı düşünülməmiş, ağılsız demarşı da məhz bundan qaynaqlanır.

Bəs, bütün bunlardan sonra biz AŞPA-nı boykot edə və Avropa Şurasının üzvlüyündən çıxa bilərikmi?

Əlbəttə, bu hüququmuzu hər zaman özümüzdə saxlayırıq. Lakin biz də onlar kimi emosional qərarlar qəbul etməyə tələsməməliyik. Öncə diplomatik rıçaqları hərəkətə gətirməli, siyasi çözüm yolları tapmalıyıq.

Borreli istədiyimiz qədər söyə bilərik. Çünki o, həqiqətən də əclafın biridir. Lakin AŞPA-nı söymək və yerli mətbuatımızda AŞPA-ya qarşı sərt yazılar dərc etmək heç də səmərəli çıxış yolu deyil. Biz AŞPA ilə düşmənçilik etmək əvəzinə, əməkdaşlığı davam etdirmək və ortaq məxrəcləri tapmaq xəttinə üstünlük verməliyik. Siyasi məhbuslar məsələsində də, digər məsələlər üzrə də prinsipcə konsensusa, razılığa gəlmək mümkündür.

Yeri gəlmişkən, AŞPA-da heç də bütün deputatlar fransızlar və almanlar kimi islamofob, azərbaycanafob deyil. Onların arasında Azərbaycana rəğbətlə yanaşanları da çoxdur. Biz onlarla işləməyi bacarmalıyıq.

P.S.

Ümumiyyətlə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti fəaliyyət taktikasını və AŞPA ilə əməkdaşlıq fəlsəfəsini dəyişməlidir. Avropanın siyasi elitasının nəzərində Azərbaycanın yeni imici formalaşdırılmalıdır. Köhnə stereotiplərlə qətiyyən işləmək olmaz. Çünki 2024-cü ilin Avropasında tamamilə yeni reallıqlar formalaşıb...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Məkkə Sazişi": Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında üçtərəfli strateji tərəfdaşlıq

"Məkkə Sazişi": Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında üçtərəfli strateji tərəfdaşlıq

John Doe 1 həftə əvvəl

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

John Doe 2 həftə əvvəl

Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA

Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA

John Doe 3 həftə əvvəl

Faiq İsmayılov: Erməni cinayətləri: Tiqranakert Mifi

Faiq İsmayılov: Erməni cinayətləri: Tiqranakert Mifi

John Doe 1 ay əvvəl

Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38

Dr.Alptekin Cihangir İşbilir AZpress.AZ İnformasiya Agentliyinə müsahibə verib +VİDEO/FOTO=38

John Doe 1 ay əvvəl

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik e...

26 avqust 2026 12:33:04
• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür}

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın do...

26 avqust 2026 10:45:29
• Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub +VİDEO, FOTO=29}

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin...

25 avqust 2026 22:05:33
• Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO, FOTO=7}

Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO,...

25 avqust 2026 21:48:04
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com