Azərbaycan çempionu "Sabah" ÇL-nın əsas mərhələsində
Avqustun 25-də futbol üzrə UEFA Çempionlar liqasında dördüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bu turnirdə Azərbaycanı təmsil edən ölkə çempionu "Sabah" klubu cavab oyunu çərçivəsində İzrailin "Hapoel Beer-Şeva" klubunu qəbul edib. Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və hakimi rumıniyalı Iştvan Kovaç olan qarşılaşma, ilk oyunda 1:2 hesabbla uduzan çempionumuzun 5:2 hesablı qələbəsi ilə başa çatıb. Bu isə Azərbaycan çempionu "Sabah"a Çempionlar Liqasının əsas qrup mərhələsində iştirak etmək hüququ verib.
Oyuna gəlincə, əsas hissə 3:2 hesabla bitincə ümumi hesab bərabərləşib (4:4). Qalibi aşkar etmək üçün komandalar əlavə vaxtda (30 dəqiqə) mübarizə aparıblar. Əlavə vaxtda daha iki qol vuran "Sabah" ümumi hesabı 6:4-ə çatdırmaqla cütün qalibi olub və turnirin əsas mərhələsinə yüksəlib.
Oyunda vurulan qollara gəlincə, hesabı 10-cu dəqiqədə qonaqlardan İqor Zlatanoviç açıb - 0:1.(Ümumi hesab 1:3 olub).
38-ci dəqiqədə Kristian Nvaçukvu bərabərlik qolunu vurub - 1:1.(2:3).
Matçın 6-ci dəqiqəsində Qay Mizraxi səhnəyə çıxaraq qonaqları yenidən hesabda irəli çıxarıb - 1:2 (2:4).
Qarşılaşmanın 74-cü dəqiqəsində Umarali Raxmanaliyev pozulmuş statusu bərpa edib - 2:2 (3:4).
Əsas vaxta əlavə edilən dəqiqələrdə (90+4) isə Tellur Mutallumov səhnəyə çıxıb və hesabda "Sabah"ı İrəli çıxarıb - 3:2 (ümumi hesab isə 4:4 olub).
Belədə qalibi aşkar etmək üçün tərəflər oyunun əlavə vaxtında (30 dəqiqə) mübarizəni davam etdiriblər. Əlvə vaxt isə "Sabah"ın xeyrinə işləyib. 101-ci dəqiqədə Orfe Mbina ümumi hesabı artırıb - 4:2 (5:4).
Matçın 115-ci dəqiqəsində isə Cay-Lans Mikkels son nöqtəni qoyub - 5:2 (6:4).
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.