Rusiya Hesablama Palatası Azərbaycanla audit sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Rusiya Hesablama Palatası dövlət satınalmalarının auditi, rəqəmsallaşdırma və korrupsiya risklərinin idarə edilməsi sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bunu Rusiya Hesablama Palatasının auditoru və Beynəlxalq Ali Audit Qurumları Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Katibliyinin rəhbəri Svetlana Orlova işçi qrupunun Bakıda keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hər iki ölkə son illərdə dövlət satınalmalarının auditi sahəsində əhəmiyyətli layihələr həyata keçirib və onlar arasında təcrübə mübadiləsinin praktik dəyəri var.
Orlova qeyd edib ki, Azərbaycan Hesablama Palatasının beynəlxalq audit gündəliyində fəal iştirakı və bu sahədə davam edən islahatlar xarici tərəfdaşların marağını cəlb edib.
"Son illərdə korrupsiyaya qarşı mübarizə və dövlət satınalmalarının auditi sahələrində 29 ölkə ilə əməkdaşlıq qurmuşuq. Azərbaycan da bu beynəlxalq əməkdaşlığın fəal iştirakçısıdır və biz bu təcrübə mübadiləsini daha da genişləndirməyi səbirsizliklə gözləyirik", - deyə o əlavə edib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.