Həyat yolu örnək olan fədakar qadın
Masallı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Həyat yolu örnək olan fədakar qadın” mövzusunda tədbir keçirilib.
Tədbir Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının və Masallı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu, oftalmoloq-həkim Gülnarə Məmmədova, rayon icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Aybəniz Novruzova və başqaları Zərifə Əliyevanın zəngin elmi yaradıcılığından, oftalmologiya elminə verdiyi mühüm töhfələrdən və səhiyyə sahəsindəki müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, onun fəaliyyəti yalnız tibb elminin inkişafına deyil, həm də yeni nəsil həkimlərin formalaşmasına mühüm təsir göstərib.
Bildirilib ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair apardığı fundamental tədqiqatlarla böyük nüfuz qazanıb. O, Azərbaycanda traxoma xəstəliyinin aradan qaldırılması istiqamətində mühüm işlər görmüş, göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində dəyərli elmi nəticələr əldə edib. Onun təşəbbüsü ilə Azərbaycanda oftalmologiya üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılıb, yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilib.
Çıxışlarda həmçinin vurğulanıb ki, Zərifə Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anası kimi də böyük hörmət və ehtiram qazanıb. Onun həyat yolu Vətənə, xalqa sədaqətin, humanizmin və fədakarlığın parlaq nümunəsidir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Zərifə xanımın fəaliyyəti insan amilinə əsaslanır, peşəkarlıqla xeyirxahlığın vəhdətini özündə birləşdirirdi.
Diqqətə çatdırılıb ki, akademik uzun illər ərzində respublikanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb, görmə orqanının peşə patologiyası sahəsində mühüm nəticələr əldə edib. Bu sahədəki uğurlarına görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Sonda qeyd edilib ki, Zərifə Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi və yüksək mənəvi dəyərləri bu gün də hər bir alim və həkim üçün örnəkdir, onun adı xalqın qəlbində daim yaşayır.
Akif AĞAYEV


















03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.