01 iyul 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
Siyasət

Bəybala Mirzəyev: Təhlükəsiz gələcəyimizin təminatı nə Qərbdə, nədəki Şərqdə yox, Türk birliyindədir

1 il əvvəl 235 01

Bəybala Mirzəyev:

Təhlükəsiz gələcəyimizin təminatı nə Qərbdə, nədəki Şərqdə yox, Türk birliyindədir

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının bu gün qeyri-rəsmi Zirvə görüşündə imzaladıqları Bəyannaməni Türk birliyinə gedən yolda irəliyə doğru çox önəmli bir addım hesab etmək olar.

Bəyannamə nə az nə çox, düz 71 bənddən ibarətdir.

Sənədi imzalayan türk dövlət başçıları Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayaraq, TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Həmçinin, türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi sözügedən Bəyannamədə xüsusi olaraq diqqətə çatdırılıb. Eləcə də, tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildiriblər.

Ən önəmli məqamlardan biri də budur ki, türk dövlət başçıları Budapeşt Bəyannaməsində Quzey Kipr Türk Cümhuriyyətinin (QKTC) müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayıblar və eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyini qeyd ediblər. Mərkəzi Asiyanın (Türküstan) türk dövlətlərinin yunan Kiprində səfirlik açmaları şərti ilə Avropa İttifaqıyla (Aİ) 12 milyardlıq investisiya sazişini imzalamalarından sonra, bu gün TDT-nin Budapeşt sammitində QKTC ilə bağlı belə bir mövqe sərgiləmələri həqiqətən də önəmli gəlişmədir. Deməli, Türkiyə ilə Türküstan dövlətləri arasında QKTC ilə bağlı yaranmış anlaşılmazlığı artıq arxada qalmış mərhələ hesab etmək olar.

Bəyannamədəki bir digər önəmli məqam isə türk dövlətlərinin müdafiə sənayesi sahəsindəki əməkdaşlığı ilə bağlıdır. Belə ki, Bəyannamədə TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyəti bir daha bəyan olunub və üzv dövlətlərin müvafiq orqanlarına bu məqsədlə səylərini sürətləndirmək tapşırılıb.

Budapeşt Bəyannaməsində Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi də dəstəklənib. Eyni zamanda, TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi vurğulanıb.

TDT-nin üzvü olan dövlətlərin imzaladığı bu Bəyannamədə irqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin, nifrət nitqinin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi məqsədilə beynəlxalq platformalarda səylərin əlaqələndirilməsi öhdəliyi xatırladılıb. Həmçinin, Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənib. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilib, Türkiyənin Suriyadakı sabitləşdirici rolu dəstəklənib.

Və nəhayət, Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunub. Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək məqsədilə Novruz bayramının Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq bayram kimi qeyd olunması barədə Katibliyə tapşırıq verilib.

Bəyannamədə TDT-nin üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi, Türk Yaşıl Baxış prinsiplərinin rəhbər tutularaq, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqi kimi bir sıra başqa önəmli məqamlar da yer alıb.

Bütün bunlar onu göstərir ki, türk dövlətləri arasında əsas prinsipial məsələlərin hamısında anlaşma və uzlaşma var. Prosesin gedişində ortaya çıxan fors-major halları, cari problemləri və ixtilaflı məsələləri isə danışıqlar vasitəsilə yoluna qoymaq mümkündür.

Əsas odur ki, TDT liderləri arasında xoşgörü və pozitiv atmosfer davam edir. Bunu bu gün İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Qasımcomərt Tokayevin səmimi söhbətindən də görmək mümkün idi.

Ümid edək ki, liderlər real Türk birliyinin yaradılması istiqamətində bundan sonra daha qətiyyətli mövqe sərgiləyəcəklər. Çünki təhlükəsiz gələcəyimizin təminatı nə Qərbdə, nədəki Şərqdə yox, məhz Türk birliyindədir.

Famil Mirzeyev

Əgər görüş qeyri rəsmidirse hansı imzadan söhbət gedə biler

Beybala Mirzeyev

Famil bəy, görünən budur ki, "qeyri-rəsmi" sözü sizdə yanlış təsəvvür formalaşdırıb. Bəli, format qeyri-rəsmidir, amma liderlər isə rəsmi şəxs olduqlarına görə qeyri-rəsmi Zirvə toplantılarında da rəsmi sənədlər imzalaya bilərlər.

Faxraddin Mammadov

Ərdogannan Əliyev o birilərin araya salıb ki gacmasınlar?

Beybala Mirzeyev

Faxraddin Mammadov, daha qaçmaq fikirləri yoxdur. Düzdür, əvvəllər müəyyən qədər tərəddüd edirdilər. Məsələn, Özbəkistan TDT-na qoşulmurdu. Türkmənistan hələ də sadəcə müşahidəçi statusundadır. Lakin Ərdoğanla Əliyev artıq onları bu fikirdən daşındıra biliblər.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

John Doe 1 saat əvvəl

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

John Doe 2 saat əvvəl

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

John Doe 21 saat əvvəl

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

John Doe 21 saat əvvəl

Azərbaycan Hava Yolları ilk Airbus A321neo təyyarəsini qəbul etdi

Azərbaycan Hava Yolları ilk Airbus A321neo təyyarəsini qəbul etdi

John Doe 1 gün əvvəl

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar

John Doe 1 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onko...

30 iyun 2026 14:18:58
• Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi }

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının...

29 iyun 2026 23:01:17
• Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib}

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı payla...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com