01 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəs barədə razılığa gəliblər

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

Vuçiç Tokayevdən Serbiya kəşfiyyat xidmətlərinə təlim keçməyə kömək etməsini istədi

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

ABŞ İsrailə görə səfirlik işçilərini təxliyə edir

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
Mədəniyyət

Firuz Mustafa: Söhbət teatrdan gedirsə... Bədii rəhbərin qurduğu “tamaşalar”

10 ay əvvəl 182 01

Firuz Mustafa:

Söhbət teatrdan gedirsə... Bədii rəhbərin qurduğu “tamaşalar”

Bilənlər bilir, mən kimdənsə və yaxud nədənsə şikayət etməyi heç vaxt xoşlamıram. Çünki bu məsələlərdə “dərinə” getmək xoşagəlməz hadisələrlə sonuclana bilər.

Uzun illərdir ki, elmi və bədii yaradıcılıqla məşğulam. Nəşr olunmuş və olunmamış 100-dən çox kitabın müəllifiyəm. Mənim ardıcıl məşğul olduğum yaradıcılıq sahələrindən biri də dramaturgiyadır. Pyeslərimə 40-dan çox quruluş verilib. Dünyanın bir çox teatrlarında əsərlərim oynanılıb.

Qısa danışmaq, mətləbə keçmək istəyirəm. Təxminən iki il öncə Mehriban Ələkbərzadə böyük ənənəsi olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunub. Hazırladığı televerilişlərdən, apardığı reportajlardan dolayı yaxından-uzaqdan tanıdığım bu qadınla vəzifəyə gətiriləndən sonra cəmi bir dəfə görüşüm olub.

Mən uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam. Minlərlə aspirant və tələbəyə dərs demişəm. Həm bir yazı-pozu adamı, həm də bir müəllim kimi insan psixologiyasına az-çox bələdm. Sizi inandırım ki, indiyəcən qarşılaşdığım adamlar arasında bu qədər təkəbbürlü, yekəxana, hikkəli, özündənmüştəbeh, gözü ayağının altını seçməyən, dediyi sözün məsuliyyətini dərk etməyən ikinci bir real personaj, canlı tip, demək olar ki, görməmişəm. Bu cür obrazları yalnız səhnədə görmək olar.

Bəli, qısa söhbət əsnasında belə məlum oldu ki, bu xanım incəsənət aləmində heç kəsi bəyənmir, sevmir, qəbul etmir. Ən böyük rejissor, jurnalist, publisist və hətta, dramaturq məhz onun özüdür. Həmsöhbətinə qulaq asmağı qətiyyən bacarmayan, müsahibinin sözünü mütəmadi kəsən Mehriban xanım daha çox monoloq deməyi xoşlayır. Və görünür bu səbəbdəndir ki, o, teatrı bir “monoteatr” kimi, “bir rejissorun teatrı” kimi idarə etməyə üstünlük verir. Şükür sənə və sənin yaratdığına, Xudaya.

Əsasən öz həmkarlarının mətbuatda gedən yazılarından da görünür ki, bu adam indiyəcən ünsiyyətdə olduğu adamlarla düz-əməlli davrana bilməyib.

Bəli, onun vaxtilə dərs dediyi tələbə, bu günkü aktyor Emil Məlikov haqlıdır: “Vaxtilə Mehriban Ələkbərzadənin magistratura üzrə kurs rəhbərliyindən rəsmi qaydada imtina edərək, başqa bir müəllim tələb etmişdim. Buna da nail olmuşdum. Keçmişindən qazanılmış sevgisizlik travması olan qəddar, narsist bir adamın teatrda rəhbər vəzifədə olması düzgün deyil...”

Bəli, tanınmış aktrisa Məsmə Aslan doğru deyir: “Bu gün mədəniyyət ocağına mədəniyyətdən uzaq bir insan rəhbərlik edir...”

Bəli, məşhur kino və teatr aktrisası Mehriban Xanlarova bədii rəhbərə müraciətində səhv etmir: “Siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki işçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz”.

Bəli, rejissor-aktrisa Məlahət Abbasovanın harayı təsadüfi deyil: “Mehriban Ələkbərzadə qısqancdır, xaindir və bu qədər qəddar davranması da psixoloji vəziyyəti ilə bağlıdır. Öz uğursuzluğunun intiqamını sənət adamlarından çıxır... Tamaşaları zəif və plagiatdır..."

Bəli, görkəmli səhnə ustası Əli Nur doğru buyurur: “Mehriban Ələkbərzadə teatrdan içəri girməyə layiq deyil...”

Bu xanımın fəaliyyəti haqqında deyilən iqtibasların sayını yenə artırmaq olar.

Öz çıxışlarında tez-tez filankəs “qəbuluma gəldi”, fəsməkan “qəbulumda oldu”-deyərək qürrələnən bu xanımdan soruşmaq lazımdır: Hansı mədəniyyət qurumunda indiyəcən “qəbul vaxtı” olub? Şəxsən mən indiyəcən Mədəniyyət nazirlərinin, Teatr rəhbərlərinin belə bir ciddi qəbul gününün və ya saatının olduğunu görməmişəm. Bu xanımdan onu da soruşmaq lazımdır ki, vaxtilə çalışdığı qurumlarda- teleradio və universitetdə sədrin, baş redaktorun, rektorun qəbuluna adamlar hansı “qəbul saatlarında” gedirdilər və ya ümumiyyətlə, belə bir “qəbul vaxtı” olurdumu?

“Qəbul vaxti” demişkən, mən özüm də macal tapıb bu dediyim məsələlərdən dolayı bəzi məsul məmurların “qəbuluna” düşmək fikrindəyəm.

Bəli, bu gün böyük sənət məbədi vaxtilə teatrda yanğınsöndürən vəzifəsində çalışmış bir xanımın hikkəsinin qurbanına çevrilməkdədir. Təbii ki, mən hər bir sənəti, o cümlədən yanğınsöndürənlik peşəsini təqdir edirəm. Bu xanımsa, xalq dilində bir qədər obrazı desək, yanğını-odu söndürmək əvəzinə, odun külü ilə oynayır, yəni “yaxşı” tamaşa hazırlamaq əvəzinə “yaxşı” intriqalar yaratmaqla məşğul olur.

Dram əsərlərinin əsas kvintessensiyasını-özəyini intriqalar, kolliziyalar, ziddiyyətlər təşkil edir. İstedadlı rejissorlar bu incə məqamı yaxşı anlayırlar. Amma çox vaxt səhnədə ziddiyyətlərlə dolu həyatı təqdim edə bilməyənlər, ziddiyyətləri real həyatda yaratmaqda peşəkar olurlar.

Belə düşünürəm ki, tezliklə Mehriban Ələkbərzadənin fəaliyyətinə düzgün qiymət veriləcək.

p.s.

Bəlkə də kimlərsə dodaq büzüb irad bildirəcək ki, axı qadını tənqid etmək düzgün deyil. Zənnimcə elə məsələlər var ki, orada cinslə bağlı söhbət ola bilməz, xüsusən də sənətlə bağlı paradiqmaların qiymətləndirilməsində. Bəli, indiki halda mədəniyyətimizin mühüm bir sahəsindən, teatrdan söhbət gedir.

p.p.s

Bu yazını mediadan əvvəl öz səhifəmdə təqdim etməyi qərara aldım.

Firuz Mustafa,

Respublikanın Əməkdar incəsənət xadimi

“Humay” mukafatı laureatı

C.Cabbarlı mükafatı laureatı,

Qafqaz Yazıçıları Klubunun üzvü

AYB-nin Dramaturgiya bölümünün rəhbəri

Sudabe Servi

Bəli...haqlısınız. Bir dəfə Yazıçılar Birliyində illər öncə etdiyimiz qısa söhbətdə onun özündən razılığı və qarşısındakına təkəbbürlü baxışları indiyəcən gözümün qabağındadır...təəssüflər!

Etibar Aliyev

Üstəlik, adını çəkdiyiniz xanım Dövlət Akademik Milli Dram Teatrı kimi bir məsul qurumda bədii rəhbər və baş rejissor kimi iki mühüm vəzifəni tutur. Respublikada bu vəzifələrdən birini icra edəcək ikinci bir adam yoxdurmu?

Terane Demir

Bütün sahələrdə ədalətsizlik hökm sürür çox təəssüf ki.. Susmayanlara , haqsızlığa qarşı mübarizə edənlərə də həyasız damğası vururlar.

Nihat Pir

Firuz bəy, yazınızda "bir rejissorun teatrı" fikri kökündən yanlışdır. Azdrama bir rejissorun teatrı statusunu bundan öncə daşıyırdı, bunun səbəbini də teatr sahəsinə az-çox bələd hamı bilir. Bu gün Azdramada gənc rejissorlar Ərşad Ələkbərovun, Nihad Qulamzadənin tamaşaları səhnəyə qoyulur. Bu gənc rejissorlar çox yox, üç il qabaq Azdramada tamaşa səhnələşdirə bilərdilərmi? Cavabı siz də yaxşı bilirsiniz, biz də. Ona görə də sırf o ifadəyə fikir bildirməyi özümə borc bildim. Yerdə qalan məsələlər sizin subyektiv yanaşmanızdır. Düzü də sizindir, səhvi də. Eşqlər.

Terane Memmed

Əslində bu qalmaqalı izləyirdim, ancaq nələr baş verdiyini sona qədər anlamırdım.

Bu yazı mənə çox şeyi anlatdı.

Firuz müəllim, münasibətiniz həmişəki kimi lakonik və aydındır.

Вагиф Азеряр

Əlbəttə, hörmətli Фируз Мустафа, Firuz bəy, sizin şəxsən çıxardığınız nəticə, aldığınız təəssürat üstündə qurulan ümumiləşdirilmiş yazının yeri var, nöqteyi-nəzərinizi bildirməkdə tam sərbəst və azadsınız. Ancaq əvvəla, Azdrama deyə tanıdığımız mədəniyyət ocağı XXl əsrdə daima rəhbərlik və kollektiv arasında gərgin qarşıdurma və intriqa ilə özünü daha çox tanıtdırıb. Bu sənət ocağında parlaq od-alov, işıq əvəzinə, göz acışdıran acı tüstü burulğanı hökm sürmüşdür. Təəssüflər olsun ki, bu bir ənənə halını almışdır. Xırda bir konflikt, indi ən uzağı, nazirliyin nümayəndəsinin qarışması ilə həll edilmək əvəzinə, geniş miqyaslı bir qarşıdurmaya çevrilib. Məncə, mədəniyyət ocağının odunu alovlandırıb artırmaq əvəzinə, konflikti yerindəcə söndürmək yolu daha düzgün olardı.

TC Arife Aliyeva

Firuz müəllimin sözünə qüvvət, neçə ildir mədəniyyət sahəsində işləyirəm, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov kimi dahilər Dövlət mükafatı komissiyasının iclasına gəlirdilər, Yazıçılar Birliyinin sədri həm də kommissiyanın sədri kimi məsul vəzifəni yerinə yetirirdi deyə, bu ocaqda kimləri görməmişik... Mehdi Məmmədov, Həsən Seyidbəyli, Eldar Quliyev, bütün məşhur aktyorlar və aktrisalar çox kübar, bir o qədər də sadə idilər. Yəni istedadlı insanlar özlərinə təvazökarlığı yaraşdırırdılar, təkəbbürü yok. Firuz müəllim, hər halda bəxtimiz gətirib ki, istedadlı və təvazökar insanları görmüşük, tanımışıq, birgə işləmişik. Sadəcə təəssüf edirəm ki, sizin kimi ədəbli bir insanda bir qadın bu qədər naxoş təəssürat oyadıb.

Novella Jafarova

Firuz bey , tanimiram amma cox insanlardan /deyerli yazicilardan. Akterlardan . Siz yazdiklarinizinnhamisini eshitmishem! Onun ucun Mohteshem Senetkarlari ile , Moskva , Peterburgnan mugayise olunan bu incesenet diyari bu gundedi!! Bunu medeniyet Naziri gormur?

Mazahir Suleymanov

Belə çıxır ki, Mehriban Ələkbərzadə Firuz Mustafanın da nə vaxtsa ayağını tapdalayıb . İndi Milli Teatrda baş verən qalmaqaldan istifadə edərək ondan hayıf çıxmaq istəyir . Məlumunuz olsun ki, teatrın repertuar siyasəti , gənc , istedadlı aktyor və rejissorların teatra dəvət olunması ancaq bədii rəhbərin funksiyasına daxildir . Bu məsələdə heç kimin ixtiyarı yoxdur ki, ona mane olsun . Bu məsələdə Mədəniyyət nazirliyi tezliklə öz sözünü deməli , qərarını verməlidir , əks təqdirdə konflikt böyüyə bilər . Buna yol vermək olmaz.

Elaze Ehmedova

Mən, Mehriban Ələkbərzadəni şəxsən tanımıram. Nə vaxtsa verilişlərində onu maraqla dinləmişəm. Onun haqqında yazılanları oxuduqca marağıma yazığım gəldi...

Amma onu da bilirəm ki, çox çətindir. Yəni...

Son illərdə Dram teatrda direktor olan heç bir kəsin haqqında (sağlığında) yaxşı söz söylənilməyib. Biir şey var ki, insanlarla işləmək, rəhbər olmaq bir az çətindir. Əksəriyyət iş yerində özünü istəylərinə uyğun olaraq aparmağa çalışır. Bəziləri əmrlərə asanlıqla tabe olmur və s. İcazə istəyən, nə vaxt istəyir gəlib-getmək arzusunda olanlar "n" qədərdir. Bu barədə xüsusən qadınlar üstünlük təşkil edir...

Yaradıcılıq, yaradıcı insanlarla işləmək, başa düşmək və qiiymətləndirmək təbii ki, başqa bir işdir... Hətta yuxarıda qeyd etdiylərimdən daha çox vacibdir...

Nisə Cavanşir

Bir alim,yazıçı,incəsənət xadimi kimi Sizə ,Firuz müəllim,hörmətim çox böyükdür.Bu yazınızı oxuyandan sonra Sizə bir şəxsiyyət kimi heyranlığımı bildirmək istəyirəm.Cəsarətinizə görə,mövqeyinizi görə, haqq-ədalətin yanında durduğunuza görə.Kaş digər ziyalılarımız susmayaydı...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu

Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu

John Doe 2 gün əvvəl

“Xocalıya qayıdırıq” – Masallı səhnəsində

“Xocalıya qayıdırıq” – Masallı səhnəsində

John Doe 4 gün əvvəl

Rəssam Niyaz Nəcəfovun fərdi sərgisi baş tutub +FOTO=39

Rəssam Niyaz Nəcəfovun fərdi sərgisi baş tutub +FOTO=39

John Doe 4 gün əvvəl

Hindistanın Bakıdakı səfirliyi Sanskrit və Hind dilləri üzrə interaktiv sessiya ilə ilk Bakı axşamlarına başlayıb

Hindistanın Bakıdakı səfirliyi Sanskrit və Hind dilləri üzrə interaktiv sessiya ilə ilk Bakı axşamlarına başlayıb

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Heydərbabaya cavabsız məktub

Məmməd Əvəzoğlu: Heydərbabaya cavabsız məktub

John Doe 5 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com