İmperiyanın mankurta çevirdiyi adam...
O, öz ana dilinə nifrət edirdi...
Rusiya imperiyasının uzun illik əsarəti qanına, iliklərinə qədər işləmişdi. Onun xalqı zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə sahib olsa da, keçmişi, tarixi, milli-mənəvi dəyərləri imperiyanın əlilə unutdurulmuş, özü də mankurta çevrilmişdi.
Yurdunu param-parça eləyən, xalqına işgəncə verən, torpaqlarını xaraba qoyan, sərvətlərini yağmalayan, milli qürurunu çökdürən imperiya cəlladlarına qarşı içində dərin sevgi bəsləyirdi.
Rus-sovet imperiyasının çöküşündən sonra otuz beş illik müstəqil dövlətçiliyə sahib olsa da, içindəki əsarət ruhu sönmək, səngimək bilmir, köləliyi ilə fəxr edirdi.
Özü bir yana qalsın, övladlarını kölə kimi böyütmək üçün dəridən-qabıqdan çıxırdı. Öz tarixinə, mədəniyyətinə, soykökünə, dilinə nifrət edirdi.
O qədər kor qoyulmuşdu ki, övladlarını dilindən, tarixindən, mədəniyyətindən xəbərsiz böyütmək, özgə dildə oxutmaq üçün öz ölkəsinin Təhsil Nazirliyini məhkəməyə vermişdi.
(Professor Vaqif Sultanlının qeydləri)
* * *
Qorxmaz Mustafayev
O cür tiplər çoxdur hələ, amma zamanla azalır, yəni zaman azaldır.
Nargiz Nargiz
Qorxmaz Mustafayev elədir. Rusiyanı böyük xilaskar, tarixi dövlətçiliyimizin, milliliyimizin əsasını qoyanlardan hesab edənlər çoxdur.
Qorxmaz Mustafayev
Nargiz Nargiz Çünki o adamlar həqiqi tariximizi bilmirlər, yeni oxuduqlarına da ironiya ilə yanaşırlar.
Nargiz Nargiz
Qorxmaz Mustafayev onların arasında tarixçilər də var və Qacarların rusa məğlubiyyətinə sevinən də.
Bunu müstəqilliyimizə, mədəni maarifin inkişafına aparan yolun başlanğıcı hesab edirlər.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.