Nəzrin Mansurlunun ölümü ilə bağlı prokurorluq iş açıb
30 yaşlı Nəzrin Mənsurlunun rinoplastika əməliyyatından sonra dünyasını dəyişməsi ilə bağlı Nəsimi rayon Prokurorluğunda “səhlənkarlıq” maddəsi ilə cinayət işi açılıb.
Bu barədə Azərbaycanın Baş Prokurorluğundan məlumat verilib.
İş materiallarına görə, yanvarın 3-də 1995-ci il təvəllüdlü Nəzrin Mənsurlu Bakının Nəsimi rayonundakı klinikalardan birində əməliyyat olunub.
Əməliyyatdan bir müddət sonra qızın vəziyyəti pisləşib və o, başqa klinikaya yerləşdirilib və yanvarın 12-də orada dünyasını dəyişib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq və ehtiyatsızlıqdan adamın ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı ekspertiza təyin edilib və zəruri istintaq hərəkətləri davam etdirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.