Azər Zahidin şikayəti təmin edilmədi
"TikTok"dakı fəaliyyətlərinə görə əməliyyat çərçivəsində saxlanılan aparıcı Azər Zahid və digərləri həbs qərarından narazı olduqlarını bildiriblər.
Bakı Apellyasiya Məhkəməsində A.Zahidin şikayətinə baxılıb.
Qumar oyunlarının təşkilində və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında təqsirləndirilən aparıcı məhkəmədən onun barəsində olan həbs qərarının ləğvini və həbsdən azad edilməsini istəyib. Lakin apellyasiya məhkəməsi müdafiə tərəfinin arqumentlərini təmin etməyib və Nəriman Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarını qüvvədə saxlayıb, A. Zahid 4 ay müddətinə həbs edilib.
Həmin gün narkotik cinayəti ilə bağlı saxlanılan digər TikTokerlərin də şikayətlərinə baxılıb. Magerramoff kimi tanınan Əmrah Məhərrəmov və Nux Məmmədovun hüquqlarını müdafiə edən vəkil Yusif Seyfəlovun sözlərinə görə, onların da apellyasiya şikayətləri təmin edilməyib.
Yalnız Zəhra Abbasovanın şikayəti qismən təmin edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. O, məhkəmə zalında sərbəst buraxılıb.
Qeyd edək ki, TikTok platformasında əxlaqsızlıq təbliğatına qarşı əməliyyat hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib. Saxlanılan şəxslərə müxtəlif ittihamlar irəli sürülüb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.