Cənubi Koreyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin versiyaları açıqlanıb
Cənubi Koreyada “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı üç əsas versiya adlandırılıb: quş vurması, mühərrikdə, eniş şassisində və əyləc sistemlərində problemlər, həmçinin fövqəladə vəziyyət zamanı uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmaması.
Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Materialda bildirilir ki, ilkin araşdırma təyyarənin quşların vurması səbəbindən nasaz olduğunu göstərir. Eyni zamanda, bəzi analitiklərin fikrincə, Boeing-də texniki problemlər olmalı idi, çünki quşların zərbəsi bütün kritik sistemlərin sıradan çıxmasına səbəb ola bilməzdi. Bundan əlavə, ekspertlər hesab edir ki, belə bir qəzada təyyarənin həm mühərrikləri, həm də əyləcləri sıradan çıxmalı idi.
Agentliyin jurnalistləri qeyd edir ki, hava limanı dispetçerləri quşların toqquşması təhlükəsi barədə xəbərdarlıq etdikdən bir dəqiqə sonra təyyarə qəza siqnalı verib. Eniş etmək istəyərkən təyyarə hava limanının hasarına çırpılıb - əyləc edə bilməyib. Bütün bunların fonunda ekspertlər razılaşırlar ki, faciəyə səbəb şassinin nasazlığı olub və bu, quşlarla toqquşmanın nəticəsi ola bilərdi.
Bütün bu amilləri nəzərə alaraq, Hanseo Universitetinin Uçuş Tədris Mərkəzinin direktoru Kim Kyu Wan hadisəni “çox qeyri-adi” adlandırıb.
Cənubi Koreyanın Muan hava limanında təyyarə qəzası bazar günü, dekabrın 29-da yerli vaxtla səhər saat 9:07-də (Bakı vaxtı ilə 04:07) baş verib. Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.