Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını Braziliyaya təhvil verəcək
Qazaxıstanın Nəqliyyat Nazirliyi Azərbaycanın AZAL-ın qəzaya uğramış təyyarəsinin registratorlarının (qara qutularının) Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) təhvil verildiyini açıqlayıb.
Respublikanın nəqliyyat naziri Marat Karabayevin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən qəbul edilən bu qərar CENIPA-da qeydedicilərdən məlumatların şifrəsini açmaq üçün lazımi yüksək texnologiyalı avadanlıqların və sertifikatlaşdırılmış laboratoriyaların olması ilə izah olunur.
CENIPA-nın seçilməsi həm də qəzaya uğrayan təyyarənin Braziliya istehsalı olması ilə bağlı olub.
Dekabrın 25-də səhər saatlarında AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.