Ali Məhkəmə saxta imamın əmlakına həbs qoyub
Ali Məhkəmədə özünü “12-ci imam” kimi təqdim edən dələduzluqda təqsirləndirilən Aqil Babayevin barəsində olan qərardan verilən kassasiya şikayətinə baxılıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin ortağı olan Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, dindarlar arasında özünü ilahi tapşırığa gələn “12-ci imam” kimi təqdim edərək vətəndaşlara qarşı 2,5 milyon manat məbləğində dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.
A.Babayev müsadirə olunmuş əmlakın ona qaytarılması barədə vəsatətlə kassasiya şikayəti verib. Yaxınları hesab edir ki, müsadirə olunan əmlak Babayevə deyil, onlara məxsusdur. Söhbət mənzil, qeyri-yaşayış sahəsi və Hyundai Santa Fe avtomobilindən gedir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.