Məşhur şokolad fabriki bağlandı
Mondelez qənnadı korporasiyası bir əsrdən artıqdır ki, bəstəkar Volfqanq Amadey Motsartın adını daşıyan məşhur Motsartkugel şirniyyatlarının istehsal olunduğu Salzburq ətrafında yerləşən zavodda fəaliyyətini dayandırıb.
Şirkət cümə günü şirniyyat istehsalı ilə bağlı 127 illik tarixinə son qoyaraq fəaliyyətini dayandırıb. 1897-ci ildən Mondelez-ə məxsus Salzburg Şokolad şirkəti məşhur Salzburq sakininin adını daşıyan marzipan içlikli Motsartkugel konfetləri (“Motsart topu” – Red.) istehsal edir. Koronavirus pandemiyasının yaratdığı maliyyə problemləri səbəbindən şirkət əvvəlki istehsal həcmlərini heç vaxt bərpa edə bilməyib. Əgər 2021-ci ilə qədər zavod ildə 12 min tona qədər məhsul istehsal edirdisə, son illərdə bu həcm bir tona qədər azalıb.
Motsartkugel resepti Mondelezin mülkiyyətində qalacaq. Şirkət istehsalı Polşa və ya Çexiyadakı fabriklərə köçürmək imkanını nəzərdən keçirir.
Şirniyyatın tarixi 1890-cı ildə qənnadı Pol Fürstün şokoladlı yemək resepti ilə çıxış etdiyi vaxta gedib çıxır. Onun övladları hələ də Salzburqun mərkəzindəki ailə şirniyyatında orijinal Motsartkugeli əl ilə istehsal edirlər. Bununla belə, müəllif hüquqlarının dəqiq olmaması səbəbindən şirniyyatlar həm Avstriyada, həm də xaricdə müxtəlif markalar altında istehsal olunur. Mondelez zavodu bu şirniyyatların ən böyük istehsalçılarından biri idi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.