11 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Kamran Nəzirli: "Küləklə sovrulanlar” romanından bir parça

1 il əvvəl 519 01

Kamran Nəzirli:

"Küləklə sovrulanlar” romanından bir parça

MARQARET MİTÇEL

Azərbaycanda ilk dəfə orijinaldan tərcümə: Kamran Nəzirli

…Yüzlərlə səs bir ağızdan sevinclə, ucadan oxumağa başladı, gur səslər bir-birinə qarışdı; daxili qoşunların mühafizə dəstəsindən olan şeypurçu səhnəyə qalxıb orkestrlə birgə ritmi tutmağa çalışdı. Gümüşü şeypurun səsləri oxuyan izdihamın başı üzərində dalğalananda bundan təsirlənən adamların kürəyini sanki sərin meh yaladı, həyəcandan qadınların çılpaq çiyinləri ürpəşdi.

Urra! Urra!

Yaşasın Cənubun Hüquqları! Urrra!

Yaşasın Müqəddəs Mavi Bayrağımız!

Yaşasın tək ulduzlu Bayrağımız!

İkinci bənd oxunanda Skarlet də özünü saxlaya bilmədi, başladı hamıyla bərabər oxumağa. Birdən arxadan Melaninin zil, zərif səsini eşitdi. Bu səs şeypur səsinə bənzəyirdi - aydın və təsiredici idi. Skarlet dönüb gördü ki, Melani gözlərini yumaraq əllərini sinəsində çarpazlayıb oxuyur; onun kiprikləri sulanmışdı, göz yaşları işıldayırdı. Musiqi kəsiləndə Melani Skarletə bic-bic gülümsədi və burun dəsmalını yüngülcə gözlərinə toxundurub pıçıldadı:

- Mən elə xoşbəxtəm ki! Əsgərlərimizlə fəxr edirəm! Kövrəldim, özümü saxlaya bilmədim!

Melaninin gözlərində dərin, bəlkə də fanatik bir atəş vardı; bu atəş bir anlıq onun üzünə nur saçdı, qızın siması gözəlləşdi. Əslində burdakı bütün qadınların üzündə həyəcan yaşanırdı, gözlərdən qürur yaşı axırdı, pamadalı, rəngli-rəngsiz, batıq, məsum, qırışlı yanaqlar islanmışdı, dodaqlar aralanmışdı, alovlu gözlər həyəcandan yanırdı. Musiqi bitəndən sonra qadınlar yanlarındakı kişilərə- ərlərinə, kavalerlərinə, oğullarına sarı dönüb fəxarətlə baxdılar. Bax, bu anlarda bütün qadınlar gözəl görünürdü! Bu anlarda onlar sevdiyi oğlanlarla, ərlərlə, oğullarla fəxr edirdilər, onlara sevgi bəxş edən, sevgiyə sevgi ilə cavab verən kişiləri inamlı baxışlarına bələmişdilər. Onlar öz kişilərini sevirdilər! Onlar öz kişilərinə inanırdılar və bu inamı qəbrədək qorumağa hazır idilər! Belə qadınlara bədbəxtlik üz verə bilərdimi? Yox! Çünki boz mundirli kişilər yankilərlə onların arasında dağ kimi durmuşdular! Bu qadınlara elə gəlirdi ki, dünya yaranandan indiyədək hələ heç bir ölkə belə cəsarətli, qorxmaz, şücaətli, vətənə sadiq, nəcabətli, ədəbli və yaraşıqlı oğullar yetirməyib! Əgər onlar haqq işi uğrunda, ədalət naminə vuruşurlarsa, deməli, mütləq qalib gələcəklər! Bu Haqq işi qadınlara da oğullar, atalar, sevgililər qədər əziz idi; qadınlar da bu haqq-ədalət uğrunda zəhmət çəkir, gecə-gündüz ürəkdən çalışır, bütün niyyət və ümidlərini yalnız bu amala yönəldiblər! Lazım gələrsə bu amal uğrunda öz ərlərini, oğullarını və sevgililərini də qurban verərlər, bu itki onları sındıra bilməz, əksinə, dərdə vüqarla, mətanətlə dözər, başlarını dik tutub saxlayarlar! Bax, o döyüş bayrağını başlarının üstündə vüqarla aparan kişilər kimi!

Onların qəlbi qürur və vətənə sədaqət hissləri ilə dolu idi. Onlar Konfederasiya ilə fəxr edirdilər, Konfederasiya qələbənin bir addımlığında idi! Missisipi vadisi boyu məğlubedilməz Cekson öz ordusuyla irəliləyir və yankilər Riçmond ətrafındakı yeddi günlük döyüşlərdə darmadağın edilib! Başqa cür ola da bilməzdi! Li və Cekson kimi sərkərdələr olan yerdə, əlbəttə, qalibiyyət olar! Bir dəfə də həmlə edib qalib gəlsələr, yankilər artıq dizin-dizin sürünəcək, sülh sazişi bağlamaq üçün yalvaracaqlar! O zaman cənublular evə dönəcək, qələbə sevincləri və öpüşlərinin sayı-hesabı olmayacaq! Daha bir qələbə və müharibə bitəcək! Əlbəttə, ailədə kiminsə yeri boş görünəcək, uşaqlar atalarını, qardaşlarını, yaxınlarını əbədi olaraq itirəcəklər. Virciniya çaylarının sahil boyu düzənliklərində, Tenessinin sükunətli dərə-təpələrində adsız məzarlar bitəcək. Axı bu adsız məzar sahiblərinin haqq işi uğrunda canlarını qurban verdiklərini kim dilə gətirəcək?

Qadınlar üçün ipək parçalar tapmaq, çay və qənd əldə etmək çox müşkül məsələyə dönmüşdü. Bu mallar barədə artıq zarafata salıb danışırdılar. Buna baxmayaraq zirək qaçaqmalçılar bu malları yankilərin düz gözləri qabağından necəsə çıxara bilir və xüsusən bu şeyləri camaat əldə edəndə məmnun qalırdı. Tezliklə Rafael Semmes və Konfederasiyanın hərbi-dəniz Donanması yankilərin dərsini verəcək, blokadanı yarıb limanların işləməsinə şərait yaradacaq. İngiltərə də Konfederasiyaya kömək edəcək. Axı ingilis fabrikləri pambıqsız qalıblar! Onlar Cənubdan daşınan pambıqla işləyirdilər. Bundan başqa ingilis zadəganları Konfederasiyaya biganə deyillər! Cənublular onların adamıdır, dolları hər şeydən üstün tutan yankiləri isə sevmirlər.

Beləliklə, qadınlar ipək donlarını xışıldada-xışıldada gülür, ucadan danışır, öz kişilərinə qürur hissiylə baxır, fəxr edirdilər; onlar bilirdilər ki, sevgi dolu həyəcan təhlükə və ölüm qarşısında ikiqat şirin, ikiqat alovlu olur. İlk anlarda Skarletin ürəyi sevincdən döyünürdü, çünki o, uzun fasilədən sonra yenidən adamlar arasına, belə gur təntənəli məclis içinə çıxmışdı, lakin çox keçmədi ki, onun sevinci söndü. O, camaatın üzündə şövqlü ifadə gördü; ətrafdakı adamların demək olar ki, hamısının üz-gözündən bir təntənə, əzəmət yağırdı. Ondan başqa bütün qadınlar ehtirasla işıq saçır, vətənpərvərlik duyğularıyla aşıb-daşırdılar. Birdən-birə onun əhvalı dəyişdi, ətrafdakı ab-hava onun ruhunu sarsıtdı. Budur, artıq zal onun nəzərində əzəmətini itridi, qızların təntənəli geyim-keçimi, onların Konfederasiyaya olan hədsiz məhəbbəti, gözlərində və üzlərində yanan heyrət dolu ifadələr sadəcə ona gülünc göründü. Skarletin təəccübdən hətta dodaqları da bir balaca aralandı, qız hiss etdi ki, o, vəcdə gələn, qürur dolu duyğularla şadlanan və haqq işi uğrunda canlarını belə fəda etməyə hazır olan bu qadınların heç biri deyil; onda bu qadınların yaşadıqları duyğuların heç biri yoxdur! Onun beyninə dəhşətli bir fikir girmişdi: "Yox! Yox! Mən belə şeylər barədə düşünə bilmərəm! Bu, səfehlikdir, bu, günahdır!" Skarlet əvvəllər də bilirdi ki, bu qadınların bədnam haqq işi nə deməkdir! Bunlar onun üçün mənasız bir şey idi; o, belə şeylər barədə eşitməkdən təngə gəlmişdi, adamların fanatik gözləri qızmış və bu, onu həddən artıq yormuşdu. Haqq işi ona müqəddəs görünmürdü. Müharibə onun üçün heç də yüksək amal deyildi. Müharibə onun üçün özgə həyatına amansızcasına qəsd etmək demək idi, müharibə pul demək idi, mənasız yerə xərclənən vəsait, ölüm-itim, həyatı, məişəti çətinləşdirən bir vasitə idi. Skarlet gördü ki, gecə-gündüz toxumaqdan, sarğı bintlərini dolamaqdan, tiftikləri barmaqları ilə qırpıb yolmaqdan zinhara gəlib. Qızın barmaqları da kobudlaşmışdı. Ah, bu hospital onu bezdirib! O, yorulmuşdu, o, əzab içində idi, o, darıxırdı! Üfunət iyi verən irinli yaraları görəndə ürəyi ağzına gəlirdi! O, inildəyən, ölümünü gözləyən yaralıların dəhşətli sifətlərini görməkdən yorulmuşdu!

Skarlet oğrun-oğrun ətrafına boylandı, onun üzündən pis fikirləri kiminsə sanki oxuya biləcəyindən qorxurdu. Ah! Axı niyə o, başqa qadınlar kimi düşünə bilmir? O qadınlar Haqq işinə səmimi qəlbdən inanırlar, bu yolda fədakarlıq nümayiş etdirirlər! O isə bu hissləri yaşaya bilmir! Onlar həqiqətən dediklərinə və elədiklərinə inanırlar! Əgər kimsə ondan şübhələnsə.... Yox! Onun düşündükləri barədə heç kəs bilməməlidir! O, yalandan özünü elə göstərməlidir ki, guya o da Haqq işi ilə öyünür, qürur duyur! O da Konfederasiya zabitinin dul qalmış arvadı rolunda çıxış edir, həyatın bütün sevinclərindən məhrum olsa da, dərdə, kədərə mətanətlə dözür; halbuki bilir ki, onun həlak olmuş əri haqq işi uğrunda mübarizədə yalnız mənasız bir qurbandır, vəssalam!..

(ardı var)

İngiliscədən çevirdi: Kamran NƏZİRLİ

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb

John Doe 3 gün əvvəl

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

John Doe 3 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 6 gün əvvəl

Arxeoloqlar Türkiyədə 2000 illik Afina heykəli aşkar ediblər

Arxeoloqlar Türkiyədə 2000 illik Afina heykəli aşkar ediblər

John Doe 1 həftə əvvəl

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

John Doe 1 həftə əvvəl

Üzeyir Hacıbəylinin ev muzeyində konsert keçirilib +FOTO=50

Üzeyir Hacıbəylinin ev muzeyində konsert keçirilib +FOTO=50

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com