Həyat yoldaşını və 8 aylıq qızını qətlə yetirməkdə təqsirli bilinən ömürlük hökmdən apellyasiya şikayəti verəcək
Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşı və 8 aylıq qızını qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.
Xatırladaq ki, faciə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu kəndində baş verib. F.Hüseynli (1993-cü il təvəllüdlü) 20 yaşlı arvadı Leyla və kiçik qızı ilə vəhşicəsinə rəftar edərək, onlara çoxsaylı bıçaq xəsarətləri yetirib. Bundan sonra o, intihara cəhd etsə də, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə biliblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Hüseynli ömürlük azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.9-cu (təqsirkarın tanıdığı şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.