BMT Livana təcili humanitar yardım göstərməyə çağırıb
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondu (UNICEF) İsrailin hücumları nəticəsində ölkədə vəziyyətin pisləşməsi ilə əlaqədar Livana təcili humanitar yardım göstərməyə çağırıb.
Müvafiq bəyanat UNİCEF-in saytında ÜƏP-in icraçı direktorunun müavini Karl Skau və UNICEF-in icraçı direktorunun müavini Ted Çaybanın adından dərc olunub. Onlar bundan əvvəl Livana üç günlük səfər ediblər.
Bəyanatda qeyd olunub ki, Livan sakinləri qorxu içərisindədir və gələcəkləri qeyri-müəyyəndir. "Dünyanın qaçmaq istədiyi müharibə Livandadır və bu, artıq fəlakətə gətirib çıxarıb", - hesabatda deyilir.
İsrail ordusunun hücumları nəticəsində yüz minlərlə məcburi köçkünün Suriya sərhədini keçdiyi bildirilir.
“Livanda demək olar ki, hər uşaq bu və ya digər şəkildə hücumlardan təsirlənib. Çoxları partlayışların qurbanı olub, yaxınlarını, evlərini və təhsil imkanlarını itirib. İndi onlar üfüqdə görünən ifrat yoxsulluq və qeyri-müəyyən gələcəklə üzləşirlər. Təxminən 1,2 milyon insan münaqişənin birbaşa təsirinə məruz qalıb. Onlardan 190 minə yaxını hazırda mindən çox sığınacaqda yaşasa da, eyni zamanda, yüz minlərlə insan ailələri və dostları ilə birlikdə təhlükəsizlik axtarışındadır”, - deyə məlumatda vurğulanır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.