Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit ayıracaq
Aİ səfirləri Ukraynaya 35 milyard avro məbləğində kredit verməyə razılaşıblar. O, dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.
Bu barədə Rikard Jozviak “Twitter” səhifəsində yazıb.
“Aİ səfirləri Ukraynaya 2025-ci il üçün 35 milyard avroluq yardım paketi barədə razılığa gəliblər” deyə o yazıb.
Yozviak həmçinin əlavə edib ki, səfirlər Rusiya Mərkəzi Bankının aktivlərinə qarşı sanksiyaların altı ay əvəzinə 36 ay uzadılması ilə bağlı razılığa gələ bilməyiblər. Macarıstan isə bu qərara qarşı çıxır.
Qeyd edək ki, Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyaların 36 ay müddətinə uzadılması qərarı Ukraynaya G7 iştirakçılarının təmin etməyi öhdələrinə götürdüyü 50 milyard dollar məbləğində kreditin ayrılması üçün şərtdir. Bu şərti ABŞ irəli sürüb.
Beləliklə, Vaşinqton əmin olmaq istəyir ki, Aİ-nin Rusiya aktivlərinə qarşı sanksiyaları Rusiya Federasiyası tərəfindən Ukraynaya təzminat ödənilənə qədər qüvvədə qalacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.