80 min tamaşaçı tutumlu stadion partladılıb
Malayziyanın eyniadlı şəhərində Şah Aləm futbol stadionu partlayıcıdan istifadə edilərək sökülüb.
80 min tamaşaçı üçün arena 1994-cü ildə tikilib. Açılışda “Bavariya”, “Lids Yunayted” və “Flamenqo” çıxış edib.
Bon Jovi rok qrupu Malayziyada 4 may 1995-ci ildə stadionda debüt konsertini verib.
Binada 1997-ci ildə gənclər arasında Dünya Çempionatının və 2007-ci ildə Asiya Kubokunun oyunları, Malayziya millisi ilə o vaxt rusiyalı iş adamı Roman Abramoviçə məxsus olan “Çelsi” FK arasında yoldaşlıq oyunu keçirilib.
Stadion uzun illərdir ki, Selangor FK və Malayziya milli komandasının evi olub. Bundan əlavə, atletika üçün şərait var idi.
Səlahiyyətlilər yenidənqurma üçün çoxsaylı cəhdlər etdi, lakin uzun müddət baxımsızlıq səbəbindən stadion tədricən yararsız vəziyyətə düşdü.
Arenanın sökülməsinə iyul ayında başlanılıb. Tam sökülmənin 2025-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.