11 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. ORDU - FHN
YADA DÜŞƏN XATİRƏLƏR ORDU - FHN

Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)

1 il əvvəl 325 01

Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)

44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi...

Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti,  beynəlxalq hüququ, xalqımızın milli  ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq.

Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik.  Onu tanıyaq:

Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir.

Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment  fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür.

Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur.

2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur.

2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərinə qatılır. Cəmi dörd gün davam edən döyüşdə düşmənə elə bir zərbə vuruldu ki, bu hadisə sonralar Azərbaycan əsgərinin iftixar, güc və əzminin ifadəsi kimi tarixdə öz yerini aldı. Lələtəpə yüksəkliyinin alınması ilə nəticələnən bu tarixi döyüş hər kəsin qəlbində məğlubedilməz  Azərbaycan əsgərinin obrazını yaratdı. Ramilin də bu döyüşlərdə göstərdiyi sücaət və qəhrəmanlıq döyüş yoldaşlarının və onu tanıyanların qəlbində özünə xüsusi yer tapmışdı.

Dörd günlük Aprel döyüşlərindən sonra qəhrəman və əzmkar əsgər imici qazanan Ramil 2016-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq qəhrəman əsgər olaraq evə qayıdır.

Ancaq bu qayıdış onu yenə də rahat buraxmırdı. Yenidən orduya qayıdıb düşmənə layiqli cavab vermək arzusu ilə baölı narahat idi. Ramin hiss edirdi ki, böyük müharibə başlayacaq və o da bu döyüşlərdə öz sücaətini göstərəcək. Çünki Aprel döyüşlərində böyük döyüş təcrübəsi qazanmışdı....

26 sentyabr 2020-ci ildə yüz minllərlə könüllü kimi Ramil də Hərbi Komissarlığa müraciət edir.

Xatırladım ki, Ramil hələ 2017-ci ildə ağır yol qəzasında ayaqlarından ağır xəsarət almışdı...

Həkimlər digər könüllülər kimi onu da müayinə eləməyə başlayır. Özünü tam sağlam kimi aparır, həkimlərdən xəsarətlərini gizlədə bilir. Beləliklə, Ramil cəbhəyə yollanmağı bacarır və arzuları çin olur.

Xatırlatma:

2-ci Qarabağ müharibəsi başlayanda Ramil üçün çox çətin idi. O seçim qaşısında qalmışdı. Bir yanda xəstə anası, hansı ki, anası onunla nəfəs alırdı, digər tərəfdə isə vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı.

Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur...

27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır.

29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır.  Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu.

9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır.

Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ali Baş Komandan  şəhid-qəhrəmanı təltif etdi

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə,

“Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi.

Allah rəhmət eləsin!

İndi Azərbaycannın üçrəngli  bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM!

Subut Mehdiyev,

“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

John Doe 2 həftə əvvəl

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

John Doe 1 ay əvvəl

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

John Doe 2 ay əvvəl

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

John Doe 4 ay əvvəl

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

John Doe 5 ay əvvəl

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

John Doe 5 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com