İran səfiri Livandakı partlayışda gözünü itirdi
Peycerin partlaması nəticəsində yaralanan İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib.
Bu barədə New York Times qəzeti yazır.
İran İnqilab Keşikçiləri Korpusunun mənbələri bildiriblər ki, iranlı diplomatın digər gözü də ciddi zədələnib. Səfirin müalicə üçün Tehrana köçürüləcəyi dəqiqləşib.
İran artıq Livandakı peycer partlayışlarını “soyqırım” adlandırıb və buna görə İsraili günahlandırıb. Bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani çıxış edib.
"Bu, soyqırımın sübutudur. İsrail növbəti dəfə regionda sülh və təhlükəsizliyi təhdid edir. Bunun üçün təcili beynəlxalq tədbirlər tələb olunur", - o deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.