İsrail Baş Qərargah rəisi istefaya gedir?
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi dekabrda istefaya getməyi planlaşdırır.
Bu barədə İsrailin 12 telekanalı məlumat yayıb.
Bu vaxta qədər silahlı qüvvələr 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının hücumunu mümkün edən hərbi rəhbərliyin buraxdığı səhvlərlə bağlı araşdırmanı başa çatdırmalı idi. Halevinin dekabrın sonunda istefa verməzdən əvvəl daxili yoxlamaların nəticələrini ictimaiyyətə açıqlayacağı gözlənilir. Eyni müddətə qədər İsrail Müdafiə Qüvvələri Livanda potensial hərbi əməliyyata hazırlığı başa çatdırmalıdır.
Bununla yanaşı, kanal qeyd edir ki, Hizbullah hərəkatı ilə münaqişənin şiddətlənəcəyi təqdirdə Halevi vəzifəsində qala bilər.
İsrail ordusunun mətbuat xidməti bu məlumatı təkzib edib. Hərbçilərin bəyanatında deyilir: “Baş Qərargah rəisinin təklif edilən istefa tarixi ilə bağlı bu məlumat yalan və əsassızdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.