İran tezliklə ballistik raketləri Rusiyaya ötürə bilər
Avropa rəsmiləri İranın tezliklə öz ballistik raketlərini ilk dəfə Rusiyaya ötürə biləcəyindən ehtiyatlanırlar ki, bu da Ukraynada iki ildən artıq davam edən müharibənin fonunda narahatlıq doğurur.
Raketlərin tədarükü "bir neçə gün ərzində" başlaya bilər, lakin konkret növlər, həcmlər və vaxt hələ məlum deyil.
Qərb ölkələri, o cümlədən Yeddilik qrupu Rusiyaya silah ötürəcəyi təqdirdə İrana qarşı yeni sanksiyaları müzakirə edir. Mümkün tədbirlərə İranın “Iran Air” aviaşirkətinə məhdudiyyətlər, Tehranın ictimai qınaq və Yaxın Şərq dövlətləri ilə diplomatik təmaslar daxildir.
“Reuters”in məlumatına görə, söhbət maksimum 120 kilometr mənzilli ballistik raketlər və 150 kiloqram çəkisi olan döyüş başlığı ilə buraxıla bilən Fath-360 sistemindən gedə bilər.
İran və Rusiya müharibə başlayandan bəri fəal şəkildə hərbi əməkdaşlığı inkişaf etdirir, lakin Tehran Moskvaya hərbi yardım göstərdiyini açıq şəkildə inkar edir.
Rəsmi olaraq, İran yalnız tam miqyaslı işğal başlamazdan əvvəl Rusiyaya az sayda kamikadze pilotsuz təyyarələrin tədarükünü etiraf edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.