İran Rəisinin helikopterinin qəzaya uğramasının daha bir səbəbi açıqlanıb
İran Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 19-da göyərtəsində İslam Respublikasının prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğramasının mərmi, elektron döyüş, elektromaqnit və ya lazer silahı nəticəsində baş verməsi ehtimalını tamamilə istisna edib.
“Mütəxəssislər helikopterin hücum və müdafiə silah sistemləri, elektron müharibə, lazer və ya elektromaqnit sahəsi yaratmaqla vurulmasının mümkünlüyünü araşdırıblar. Onlar [versiyanı] istisna ediblər ki, bu vasitələrin müdaxiləsi fəlakətə səbəb olub”, - idarənin araşdırmadan sonra yekun hesabatında deyilir.
“Helikopterin qəzaya uğramasının əsas səbəbi yaz aylarında regionun çətin iqlim şəraiti, yəni dırmaşarkən qəfil qalın duman kütləsinin əmələ gəlməsi və helikopterin dağla toqquşması olub”, - sənəddə qeyd olunur.
Bildirilib ki, məhkəmə-tibbi ekspertizaları qurbanların cəsədlərində heç bir şübhəli maddə aşkar etməyib. Bundan əlavə, ekspertlər helikopterin texniki vəziyyəti ilə bağlı bütün sənədləri öyrənib və onun müəyyən edilmiş qaydalara uyğun olaraq təmir olunduğu və yoxlanıldığı qənaətinə gəliblər. Pilotlar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkət ediblər və verilən uçuş yolundan kənara çıxmayıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.