Dünyanın ən dəyərli şirkəti seçildi - Apple və ya Microsoft deyil
"Nvidia" "Microsoft"u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.
Səhmin qiyməti 3,2% artaraq 135,21 dollar olub. Bu, bütün zamanların yeni rekordu sayıla bilər. "Nvidia"nın bazar kapitallaşması demək olar ki, 3,33 trilyon dollar təşkil edib. Beləliklə, "Nvidia" 3,32 trilyon dollara sahib olan "Microsoft"u keçib.
Dünyanın ən dəyərli şirkətləri üçlüyündə kapitallaşması 3,281 trilyon dollar olan Apple şirkətidir.
Çip üzərində qrafik emal bölmələri və sistemləri inkişaf etdirən Amerika texnologiya şirkətidir. Nvidia-nın inkişafları təkcə video oyun sənayesində deyil, həm də maşınqayırma sahəsində geniş yayılıb. Onların bort kompüterləri özü idarə olunan avtomobillər üçün əsas kimi istifadə olunur.
Şirkət 1993-cü ildə yaradılıb.
2024-cü ilin fevralında "Nvidia"nın bazar dəyəri ilk dəfə 2 trilyon dolları keçdi, iyunun əvvəlində isə bu rəqəm 3 trilyon dollara çatıb.
İlin əvvəlindən bəri "Nvidia" səhmləri 2,7 dəfə artıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.