Zelenski Ukraynadakı münaqişənin “dondurulmasına” qarşı çıxıb
“Müharibənin dondurulması” yalnız hərbi əməliyyatlarda fasilə olacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı “təcavüzünü” dayandırmayacaq.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransa Milli Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müharibədə müvəqqəti fasilə “Rusiyaya yalnız güc toplamağa imkan verəcək”. Zelenski vurğulayıb ki, Ukrayna müharibəni bitirmək üçün ərazi güzəştlərinə razı olmayacaq
Dövlət başçısı “Ukraynanın müharibədə qalib gələcəyinə” əminliyini ifadə edib.
“Bu döyüşdə qalib gələ bilərikmi? Şübhəsiz ki, bəli. Biz bacarırıq. Ukrayna və buna görə də Avropa. Avropa və buna görə də Fransa. Mən buna Fransa kimi əminəm”, - deyə Ukrayna prezidenti bildirib.
İyunun 6-da Ukrayna prezidenti Vladimir Zelenski Fransaya səfər edib. O, İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin Normandiyaya desantının 80 illiyi ilə bağlı rəsmi mərasimdə iştirak edəcək.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.