ABŞ-nin Ukraynaya yardımla bağlı “B planı” yoxdur
ABŞ-nin Konqresdə hələ də müzakirə olunan 60 milyard dollarlıq paketdən başqa Ukraynaya yardım üçün B Planı yoxdur.
Bu barədə amerikalı rəsmilər bildirib.
Mənbələr bildirir ki, Co Bayden administrasiyası həm Konqresdəki Respublikaçılar, həm də Avropadakı müttəfiqləri ilə Ukraynanın maliyyələşdirilməsində gecikmələrə görə həmişəkindən daha məyus olur.
Həmsöhbətlərdən biri qeyd edib ki, Avropa liderləri bloklanmış Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya kömək üçün istifadə olunmasını təmin etməlidirlər. Digər mənbə vurğulayır ki, Avropa ölkələri də Kiyevin daha çox Patriot hava hücumundan müdafiə sistemləri ilə bağlı müraciətlərinə təcili cavab verməlidir.
Keçən ay ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan demişdi: “Düşünürəm ki, bu gün B Planı haqqında danışmağa ehtiyac yoxdur”. O vurğulayıb ki, Konqresin Ukraynaya yardımı təsdiqləməsi artıq çox uzun çəkib.
Aprelin əvvəlində Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Seçki Komitəsinin sədri respublikaçı Mayk Törner bildirmişdi ki, ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının nümayəndələri Rusiya ilə Ukrayna arasındakı münaqişəni müzakirə edərkən “Rusiya təbliğatını” təkrarlayırlar. O, əlavə edib ki, hazırda ABŞ Konqresinin “irəli addım atması” və Ukraynaya yardım göstərməsi üçün “çox vacib məqamdır”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.