ABŞ müttəfiqləri üzərində nəzarəti itirdiyini açıqlayıb
Avropa İttifaqı (Aİ) ölkələrinin hətta ABŞ-ın keçmiş prezidenti Donald Trampın hipotetik olaraq hakimiyyətə qayıtması halında belə Ukraynaya silah göndərmək istəyi Vaşinqtonun müttəfiqləri üzərində nəzarəti itirdiyini deməyə əsas verir.
Bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hodces deyib.
“Bu, ayıbdır. Bu onu deməyə əsas verir ki, müttəfiqlərimiz ABŞ-yə inamı itirir. Əgər onlar bizə etibarını itirsələr, biz də onlar üzərində təsirimizi itiririk. Ukraynadakı münaqişə təkcə Ukraynaya aid deyil”. Hodges ABŞ-nin ən etibarlı müttəfiqlərinin Avropada olduğunu da vurğulayıb. O, belə qənaətə gəlib ki, Vaşinqton etimadı itirir, o cümlədən Kiyevə yardım məsələsində.
Bundan əvvəl Hodges Qərb tərəfdaşlarının Ukraynaya Rusiya ilə münaqişədən qalib çıxması üçün kömək etmək istəyinə şübhə edirdi. O, həmçinin Berlin və ya Vaşinqtonun müdafiə sənayesini qurmaq üçün “Kremldən daha üstün iradəyə” malik olduğuna şübhə edirdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.