“Yay Fest 2026”nın “Startap və Sahibkarlıq” düşərgəsi uğurla başa çatıb +FOTO=18
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Yay Fest 2026 çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Startap və Sahibkarlıq” düşərgəsi uğurla başa çatıb.
“Startap və Sahibkarlıq” düşərgəsinin əsas məqsədi gənclərin sahibkarlıq və startap ekosistemi haqqında biliklərinin artırılması, innovativ düşüncə və biznes bacarıqlarının inkişaf etdirilməsi, yeni ideyalarının formalaşdırılması, eləcə də liderlik və komanda ruhunun gücləndirilməsi olub.
Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra gənclər düşərgə ərazisinə yollanaraq onlar üçün hazırlanmış proqramla tanış olublar.
Düşərgə çərçivəsində müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin iştirakı ilə gənclər üçün mövzu ətrafında görüşlər, müxtəlif təlimlər, praktiki sessiyalar və vörkşoplar təşkil olunub.
“Bu meydança sənin zamanın!”, “İnnovasiya və startap nədir?” və “Startapların hüquqi statusu” təlimləri, “Startapdan uğura”, “Uğurlu sahibkarlığın sirrləri” və “Biznes psixologiyası” mövzularındakı panel görüşləri zamanı iştirakçılara ideyanın formalaşdırılması və inkişaf etdirilməsi, innovasiya və startap anlayışları, startapların fəaliyyət prinsipləri, eləcə də hüquqi məsələlər barədə məlumat verilib. Gənclər, həmçinin sahibkarlıq və startap sahəsində təcrübəli şəxslərlə fikir mübadiləsi apararaq uğurlu biznesin qurulması, ideyanın reallaşdırılması, qarşıya çıxan çətinliklərin dəf edilməsi, sahibkarlıq fəaliyyətində düzgün qərarvermə, biznesdə psixoloji amillər və uğura aparan əsas amillər barədə müzakirələr aparılıb.
Düşərgə müddətində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və “Xəzər” TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşovla gənclərin görüşü baş tutub. Görüşlər zamanı iştirakçılar qonaqların şəxsi və peşəkar təcrübələri ilə tanış olub, onları maraqlandıran suallara cavab alıb və gələcək fəaliyyətləri ilə bağlı dəyərli tövsiyələr əldə ediblər. Sonda isə “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev qonaqlara səmimi söhbət və dəyərli fikirləri üçün təşəkkürünü bildirib.
Maarifləndirici proqramla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili, komanda ruhunun və dostluq münasibətlərinin gücləndirilməsi məqsədilə intellektual oyun, airsoft taktiki oyunu və digər komanda fəaliyyətləri keçirilib. Düşərgə iştirakçıları, həmçinin Şamaxı Cümə məscidini və “Capybara land”i ziyarət edərək bölgənin tarixi-mədəni irsi və təbiəti ilə də tanış olublar. Bununla yanaşı, keçirilən master-klasslar gənclərin rəngli dünyalarını ortaya çıxarmağa şərait yaradıb. Hər günün sonu gənclərin sevimli müğənnilərinin canlı ifaları isə gənclərə əsl festival ab-havası yaşadıb.
Beləliklə, 5 gün davam edən “Startap və Sahibkarlıq” düşərgəsi gənclərin sahibkarlıq və innovasiya sahəsində biliklərinin artırılması, praktiki bacarıqlarının inkişaf etdirilməsi və həmfikir gənclərlə şəbəkələşməsi baxımından zəngin proqramla uğurla başa çatıb.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.



.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.